Xəbər lenti
Parlament seçkilərinə 16 mindən çox şəxs qeydiyyatdan keçib
İranda parlament seçkilərində deputatlığa namizədlik üçün 16 145 nəfər qeydiyyatda olacaq.
Manevr.az trend-ə istinadən bildirir ki, bunu İranın Seçki Komitəsinin sədri Camal Ürf mətbuat konfransında deyib.
C.Ürfün sözlərinə görə, 15 618 nəfərin qeydiyyatı başa çatıb və bəzi şəxslərin anketlə müraciət etdiyinə və onların qeydiyyatının sistemdə başa çatmadığına görə, say artacaq.
Komitə sədri əlavə edib ki, qeydiyyata düşənlərin 88%-i kişi, 12%-i isə qadındır.
O bildirib ki, qeydiyyata düşənlərin 248 nəfəri hazırkı deputatlardır: "Qeydiyyata düşənlərin 3 209 nəfəri 36-40 yaş, 2 837 nəfəri 42-45 yaş, 61 nəfəri isə 71-75 yaş arasındadır".
Komitə rəsmisi 90 hərbçinin də seçki qeydiyyatına alındığını deyib.
İranda parlament seçkilərinə qeydiyyat dünən başa çatıb.
Qeyd edək ki, İranda İslam İnqilabından sonra 11-ci çağırış parlament seçkiləri 21 fevral 2020-də keçiriləcək. İranda seçkilərdə istənilən vətəndaş namizədliyini irəli sürə bilər. Lakin İranın Konstitusiyaya Nəzarət Şurası ("Guardian Council") aşağıdakı şərtlərə əsasən yekun namizədləri qəbul edir. İslama əməli şəkildə inanmaq, İran İslam Respublikası quruluşuna əməli şəkildə inanmaq, İran İslam Respublikası vətəndaşı olmaq, konstitusiya və Vilayət Fəqihə (İranda dini lider statusunu daşıyan şəxs) sadiq qalmaq, magistratura diplomu, ictimaiyyətdə mənfi şəkildə tanınmamaq, görmə, eşitmə və danışma qabiliyyətinə sahib olacaq şəkildə fiziki sağlamlıq, minimum 30 yaş və maksimum 75 yaş seçkilərdə qeydiyyatın şərtləridir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar