Xəbər lenti
Parlament seçkilərində namizədlərin irəli sürülməsinə başlandı
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar birmandatlı seçki dairələri üzrə namizədlərin irəli sürülməsi prosesi başlayıb.
Manevr.az-ın apa-ya istinadən məlumatına görə, Seçki Məcəlləsinin 3-cü, 53-cü, 54-cü, 146-cı maddələrinə əsasən, seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı rəsmi dərc olunduqdan sonra birmandatlı seçki dairələri üzrə namizədlərin irəli sürülməsi prosesi başlayır.
Azərbaycan Respublikası Prezidentinin 5 dekabr 2019-cu il tarixli Sərəncamı ilə Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-u, bazar gününə təyin edilib və sərəncam dekabrın 6-da rəsmi dərc olunub.
Beləliklə, 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə birmandatlı seçki dairələri üzrə namizədlərin irəli sürülməsi prosesinə dekabrın 6-dan start verilib.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası bu gün keçiriləcək iclasında Milli Məclisə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planını təsdiqləyəcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar