Xəbər lenti
Seçkiyə qədər deputatlar maaş alacaq? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, ötən gün Konstitusiya Məhkəməsi ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı qərarını açıqlayıb.
Qərarda seçkilərin keçirilməsinin Konstitusiyaya uyğun olduğu bildirilib.
Bu məqamda ictimaiyyəti maraqlandıran suallardan biri növbəti çağırışa qədər Milli Məclisin deputatlarının əməkhaqqı alması və toxunulmazlıq hüquqlarının saxlanılması ilə bağlıdır.
Manevr.az xəbər verir ki, Milli Məclisin deputatı Vahid Əhmədov xatırladıb ki, Milli Məclisdə növbədənkənar seçki məsələsi müzakirə olunanda təklif edildi ki, müharibə aparan dövlət olaraq sabah müəyyən problemlər yarana bilər: “Buna görə də, səlahiyyət müddəti VI çağırışın ilk iclasına kimi uzadılsın. Yəqin ki, Fərmanda bu məsələ öz əksini tapacaq. Çünki bu çox vacib məsələlərdən biridir”.
Milli Məclisin deputatı Fazil Mustafa isə Konstitusiya Məhkəməsinin qərarında bu məsələnin göstərildiyini bildirib: “ Qərarda qeyd olunub ki, Milli Məclisin qanunvericilik fəaliyyəti istisna olmaqla, digər bütün fəaliyyətləri saxlanılır. O cümlədən, hərbi rejim və fövqəladə hadisə zamanı qanun qəbul etmək, müharibə elan etmək imkanları qalır. Eyni zamanda, deputatların səlahiyyəti də növbəti parlamentin toplandığı günə kimi davam edir. Buna görə də əmək haqqı almaq və toxunulmazlıq hüququ da olduğu kimi qalır”.qafqazinfo
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar