Sizin Reklam Burada
Xəbər lenti
08-11-2025
07-11-2025
BÜTÜN XƏBƏRLƏR

Parlament seçkiləri nə vaxt keçiriləcək?

Tarix: 04-12-2019 08:52     Baxış: 3191 A- / A+
Parlament seçkiləri nə vaxt keçiriləcək?

Prezident parlamentin buraxılması ilə bağlı sərəncam imzaladıqdan sonra növbədənkənar parlament seçkilərinin minimum hansı müddətə keçirilməsi ilə bağlı qanunvericilikdə heç bir müddəa yoxdur.

Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev Prezident İlham Əliyevin Milli Məclisin buraxılması ilə bağlı sərəncam imzalamasından sonra növbədənkənar parlament seçkilərinin keçiriləcəyi tarixlə bağlı danışarkən deyib.

F.Mehdiyev bildirib ki, Seçki Məcəlləsinin 145-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Konstitusiyanın 84-cü maddəsinin II hissəsinə, 98-1-ci maddəsinin II hissəsinin ikinci cümləsinə və 109-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq yeni çağırışın deputat seçkiləri gününü Azərbaycan Respublikasının Prezidenti təyin edir:

“Qanunda bununla bağlı konkret vaxt göstərilmədiyi üçün Prezident parlamentin buraxılması ilə bağlı sərəncam imzaladıqdan sonra seçkilərin vaxtını da özü müəyyən edəcək”.

Qeyd edək ki, Milli Məclis buraxılması barədə qərarın təsdiqi üçün Prezidentə göndərib. Prezident isə bu qərarın Konstitusiyaya uyğun olub-olmadığını müəyyənləşdirməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edib.

Konstitusiya Məhkəməsi müraciətə baxılması üçün 4 dekabr saat 12:00-a proses təyin edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar