Xəbər lenti
Milli Məclis buraxılsa da deputatlar səlahiyyətlərini itirmək istəmirlər
YAP-ın Siyasi Şurasının təcili iclasında Milli Məclisin buraxılması ilə bağlı qərar qəbul edildikdən sonra bu gün parlament bununla bağlı iclas keçirib.
Nəticədə millət vəkilləri Milli Məclisin buraxılması barədə ortaq qərara gəlib və vitse-spiker Bahar Muradova parlamentin kürsüsündən prezidentə müraciət edib.
Manevr.az xəbər verir ki, Milli Məclisin buraxılması məsələsi ətrafında parlamentdə gedən müzakirələr zamanı deputatlardan bəziləri, bəzi səlahiyyətlərinin özlərində qalması təklifi ilə çıxış ediblər.
Millət vəkili Qüdrət Həsənquliyev ölkə daxilində baş verəbiləcək fövqəladə vəziyyətləri əsas gətirərək, növbədənkənar seçkilər başa çatana qədər deputatların səlahiyyətlərinin özlərində qalmasını təklif edib. O bildirib ki, konstitusiyaya görə belə hallarda mütləq parlamentin müdaxiləsi tələb olunur: “Həm iqtidar, həm də müxalifət partiyaları olaraq xalq qarşısında məsuliyyət daşıyırıq. Ölkədə sabah hərbi vəziyyət də elan oluna bilər, fövqəladə vəziyyət də elan oluna bilər, daxildə ordudan öz təyinatında olmayan məqsədlər üçün də istifadə oluna bilər və hətta müharibə elan oluna bilər. Bu hallarda konstitusiyaya görə mütləq parlamentin müdaxiləsi tələb olunur. Ona görə də mən təklif edirəm ki, parlamentin səlahiyyətləri yeni millət vəkilləri seçilənə qədər davam etsin. Bu da belə ola bilər ki, 3 aydan sonra millət vəkilləri istefa verəcək və beləliklə də parlament öz vəzifələrini icra edə bilməyəcək. Hesab edirəm ki, biz belə bir müraciətlə cənab prezidentə müraciət etməliyik. Mən bunda hüquqi cəhətdən heç bir problem görmürəm”.
Deputat Elmira Axundova isə bundan sonra da diplomatik fəaliyyətlə məşğul olacaqlarını bildirib və diplomatik passport və səlahiyyətləinə toxunulmamasını istəyib: “Əlbəttə bu parlament yenilənəcək və bu zaman yeni tərkibdə təmsil olunmayan deputatlar ki olacaq, onların diplomatik passportları və diplomatik statusları saxlanılsın. Çünki bu insanlar akademik, professor, ictimai xadim və digər yüksək statuslu şəxslər olaraq yenə də beynəlxalq konfrans və tədbirlərdə ölkəmizin milli maraqlarını müdafiə etmək məqsədilə tez-tez xaricə səfər edəcəklər. Buna görə də diplomatik passportlara ehtiyacları olacaq. Çox xaiş edirəm, bunu mütləq həyata keçirək”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar