Sizin Reklam Burada
Xəbər lenti
28-02-2025
27-02-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan Rusiyadan silah almağa hazırdır - XİN rəsmisi

Tarix: 29-11-2019 22:37     Baxış: 3197 A- / A+
Azərbaycan Rusiyadan silah almağa hazırdır - XİN rəsmisi

Xarici İşlər Nazirliyi Azərbaycanın Rusiya silahlarını almağa hazır olduğunu açıqlayıb.

“RİA Novosti”nin xəbərinə görə, bu barədə nazirliyinin rəsmi nümayəndəsi Leyla Abdullayeva açıqlama verib.

Bildirilib ki, Azərbaycan KTMT ölkələri ilə sıx hərbi-siyasi və hərbi-texniki əməkdaşlıq qurub:

“Xüsusilə, Azərbaycan və Rusiya arasında hərbi-texniki sahədə əməkdaşlığı qeyd etmək istəyirəm”- deyən Leyla Abdullayeva, Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 30-da Rusiya Müdafiə naziri Sergey Şoyqu və noyabrın 26-da Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov ilə görüşündə ölkələr arasında 2020-ci ildə hərbi əməkdaşlığı müzakirə etdiyini bildirib.

“Lazım gələrsə, Azərbaycan Rusiyadan yeni silahlar ala bilər”, - deyə o, əlavə edib.

Daha əvvəl, Azərbaycan prezidenti İlham Əliyev “RİA Novosti”yə verdiyi açıqlamada, rəsmi Bakının Rusiya silahlarının tədarükü ilə bağlı yeni müqavilələr bağlanılmasında maraqlı olduğunu, detalların müvafiq idarələr tərəfindən razılaşdırılacağını bildirib.

Dövlət başçısının sözlərinə görə, Rusiyadan Azərbaycana silah tədarükü üçün artıq başa çatmış müqavilələr beş milyard dollar dəyərində qiymətləndirilir.oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar