Xəbər lenti
Eldar Mahmudovun bankir dostundan istintaqa cəlb olunması haqda açıqlama
"Bu da növbəti qurmalardan biridir"
Bu gün bir sıra saytlarda sabiq MTN rəhbəri Eldar Mahmudova yaxınlığı ilə tanınan keçmiş millət vəkili, “Azəriqazbank”ın sahibi Çingiz Əsədullayevin Baş Prokrorluqda MTN işi ilə bağlı aparılan istintaqa cəlb olunması haqda məlumatlat yayılıb.
Yayılan məlumatda MTN əməkdaşları tərəfindən şantaj olunaraq pul tələb olunan şəxsin, Eldar Mahmudovun Çingiz Əsədullayevə tapşırığı əsasında, həmin şəxsə əmlakı qoyulmaqla “Azəriqazbank”dan kreditlə 500 min manat pul götürdüyü, həmin məbləği bankdan birbaşa Eldar Mahmudovun oğlu Anar Mahmudovun hesabına köçürdüyü qeyd edilib.
Yayılan məlumatla bağlı Bizimyol.info saytının əməkdaşı eks millət vəkili “Azəriqazbank”ın sədri Çingiz Əsədullayevlə əlaqə saxlayıb. O saytımıza açıqlamasında yayılan məlumatın yalan olduğunu bildirib.
“Bu da növbəti qurmalardan biridir.Mən heç bir istintaqa cəlb olunmamışam.Adının belə qeyd edilmədiyi bir adama, heç belə bir kredit də ayrılmayıb.Yalan cəfəngiyyat xəbərdi”.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar