Xəbər lenti
Siyavuş Novruzovun həyat yoldaşı Azərbaycanın yeni ombudsmanı seçildi

Bu gün Milli Məclisin iclasında İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) seçilməsi haqqında məsələyə baxılıb.
Ombudsmanlığa üç nəfərin namizədliyi müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra məsələ deputatların səsverməsinə çıxarılıb.
Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyeva Ombudsman seçilib.
Qeyd edək ki, ombudsmanlığa namizədlərdən biri Bakı Apellyasiya Məhkəməsinin sədrinin müavini Kəmalə Abıyeva, digəri isə Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyeva idi.
Ombudsmanlığa namizəd 1980-ci il təvəllüdlü Əliyeva Səbinə Yaşar qızı 3-cü dərəcəli Dövlət müşavidirir. İxtisasca hüquqşunas olan Əliyeva eyni zamanda hüquq üzrə fəlsəfə doktorudur. O, 2013-cü ildə Prezident İlham Əliyev tərəfindən "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. Səbinə Əliyeva millət vəkili Siyavuş Novruzovun həyat yoldaşıdır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar