Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Almaniyanın ölkəmizdəki səfiri “Azərikimya” İstehsalat Birliyində olub -ŞƏKİL

Tarix: 28-11-2019 15:41     Baxış: 4428 A- / A+
Almaniyanın ölkəmizdəki səfiri “Azərikimya” İstehsalat Birliyində olub


Sumqayıtda SOCAR-ın “Azərikimya” İstehsalat Birliyində Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Volfqanq Maninqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Manevr.az xəbər verir ki, «Azərikimya» İB-nin baş direktoru İmran Arzumanzadə “Azərikimya”nın istehsalat sahələrində aparılan yenidənqurma və modernizasiya işləri və perspektiv layihələr haqqında məlumat verib. SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılan genişmiqyaslı yenidənqurma və modernizasiya layihəsi ilə paralel olaraq, SOCAR-ın neft-qaz emalı zəncirinin bitişik seqmenti olan Azərikimya İB-nin Etilen-polietilen zavodunda da analoji layihə həyata keçirilir. Gələn ildə layihənin tamamlanması ilə Sumqayıtdakı zavodun istehsalat imkanları artırılacaq, bu da SOCAR Polymer zavodlarının qarşıdakı illərdə birbaşa etilen və propilen xammalı ilə dayanıqlı təchizatına şərait yaradacaq. Nəticədə, Neft Emalı Zavodu – Azərikimya - SOCAR Polymer zənciri vasitəsi ilə digər polimer çeşidlərindən olan məhsullar istehsal olunaraq, ölkənin ixrac gəlirlərinə töhfə verəcək.

Görüşdə qeyd olunub ki, “Azərikimya” İB-də həyata keçirilən layihələrdən biri də Etilen-polietilen zavodunda Buxar Generator Kompleksinin enerji effektivliyinin və gücünün artırılmasıdır. SOCAR-ın Almaniyanın UNİPER şirkəti ilə təsis etdiyi birgə müəssisəsi hazırda mövcüd Buxar Turbogeneratorunun istehsal gücünün artırılması layihəsini icra edir.

Layihənin məqsədi Etilen-Polietilen zavodunun Buxar Generator Kompleksinin movcud 32 Mvt.saat layihə gücünün 65 Mvt.saat layihə gücünə çatdıraraq, təxminən 2 dəfə artırmaqdır. Bunun üçün əlavə turbogenerator quraşdırılacaq və mövcud texnoloji sistem təkmilləşdiriləcəkdir. Gələn ildə layihə başa çatdıqdan sonra yeni Buxar Generator Kompleksi 65 mvt.saat gücündə çalışacaqdır ki, bu da “Azərikimya” İB-nin elektrik enerjisinə olan tələbatını tam ödəyərək Sumqayıt Elektrik Şəbəkəsindən asılılığı minimuma endirəcəkdir. Üstəlik, təqribən 35 mvt.saat elektrik enerjisi Sumqayıt elektrik şəbəkəsinə ötürüləcəkdir.

Görüşdən sonra qonaqlar üçün “Azərikimya” İB-nin Etilen-polietilen zavoduna baxış təşkil olunmuş, həyata keçirilən modernizasiya layihələrinin gedişatı, o cümlədən Buxar Turbogenerator qurğusunun tikintisi ilə yerindəcə tanış olunmuşdur.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar