Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Marketlərdə tərkibinə donuz dərisi qatılan kolbasalar satılır?

Tarix: 26-11-2019 14:49     Baxış: 3239 A- / A+
Marketlərdə tərkibinə donuz dərisi qatılan kolbasalar satılır?



Ötən gün sosial şəbəkələrdə, bir sıra kütləvi informasiya vasitələrində tərkibində donuz dərisi olan kolbasaların satışı ilə bağlı yayılan məlumatlar geniş müzakirələrə səbəb olub. Ajiotaja səbəb olan məlumatlar insanları narahat etməyə başlayıb. Məsələnin bir başqa tərəfi isə həmin məhsulların “Araz” Supermarketlər Şəbəkəsində satılmasının xüsusi qeyd edilməsidir.

Manevr.az bildirir ki, yayılan məlumatlarda “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynovun da rəyi var. Belə ki, o, mətbuata açıqlamasında bildirib ki, istehlakçılar üçün məlumat standartları müəyyən edilməzsə, əhali tərkibinə nəinki donuz dərisinin, eləcə də, toyuq dərisi və digər heyvanların dərisinində qatıldığı məhsulları yeyəcək. Hələ bu yaxşı haldır ki, qeyd olunan kolbasanın tərkibində donuz dərisinin olduğu yazılıb.
Qeyd edək ki, yayılan məlumatlarda adıçəkilən “Araz” Supermarketlər Şəbəkəsi donuz dərisi qatılmış kolbasaların satışı ilə bağlı iddialara rəsmi cavab verib.

“Araz” Supermarketlər Şəbəkəsinin PR meneceri Billurə Əmirova Oxu.Az-a açıqlamasında bildirib ki, sözügedən kolbasalar yalnız onların marketlərində satılmır:

“Son günlər yayılan məlumatlarda “Araz” Supermarketlər Şəbəkəsinin adının halandırılması bizi narahat edir. Belə ki, sözügedən və bizim də marketlərimizdə satılan Belarusun Vitebsk vilayətində istehsal olunan “Ganna” şirkətinə məxsus “Mortadella” kolbasası toyuq ətindən hazırlanıb.

Eyni zamanda, tərkibində donuz piyi mövcuddur. “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov “Mortadella” kolbasasının tərkibində donuz dərisi tozu olduğunu bildirib. Bir daha qeyd etmək istərdim ki, “Mortadella” kolbasasının tərkibində donuz dərisi tozu xüsusi prosesdən keçiriləndən sonra dad effekti vermək üçün istfadə edilir.

Onu da qeyd edək ki, Səhiyyə Nazirliyinin qadağan etdiyi hər hansısa qatqı maddəsi varsa, belə məhsulları idxal etmirik.

Bildirmək istərdim ki, tərkibində donuz piyi olan bir çox kolbasa çeşidləri var ki, onlar marketdə ayrıca sərgilənir. Hər bir məhsulun isə öz istehlakçısı var. Bu, artıq müştərinin seçiminə bağlıdır.

Bundan əlavə, bildirmək istərdik ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi idxal məhsullarının hər partiyasından nümunə götürür, müvafiq yoxlanışlardan keçir, yalnız bundan sonra satışına icazə verilir. “Araz” Supermarketlər Şəbəkəsi daima müştərilərini keyfiyyətli qida məhsulları ilə təmin etməyə çalışır”. (oxu.az)


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar