Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Cavid Qurbanov: "Beynəlxalq marşrutların fəaliyyətinin gücləndirilməsi tranzit potensialının artırılmasına istiqamətlənib" - ŞƏKİLLƏR

Tarix: 26-11-2019 12:25     Baxış: 4311 A- / A+
Cavid Qurbanov: "Beynəlxalq marşrutların fəaliyyətinin gücləndirilməsi tranzit potensialının artırılmasına istiqamətlənib" - ŞƏKİLLƏR


"Azərbaycan Dəmir Yolları" QSC-də Qazaxıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

QSC-dən verilən məlumata görə, görüşdə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov dəmir yolunda aparılan islahatlar, Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı, "Şimal-Cənub" və Cənub-Qərb nəqliyyat dəhlizləri, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, Azərbaycanın nəqliyyat-logistika imkanları barədə ətraflı məlumat verib. Qeyd edib ki, beynəlxalq marşrutların fəaliyyətinin gücləndirilməsi iştirakçı ölkələrin tranzit potensialının artırılmasına istiqamətlənib.

Son vaxtlar Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun fəaliyyətinin gücləndirilməsi istiqamətində görülən işlərdən danışan C.Qurbanov bildirib ki, Azərbaycan və Qazaxıstan BTNM-in inkişafı üzrə Koordinasiya Komitəsinin üzvləridir və bu marşrutun fəaliyyətinin daha da genişləndirilməsi üçün aktiv fəaliyyət göstərirlər. Bu marşrut Çindən Türkiyəyə və eləcə də Avropaya, həmçinin əks istiqamətdə yük daşımalarının artırılmasına xidmət edir.

Görüşdə qarşılıqlı əməkdaşlıq əlaqələri, qarşıda duran perspektiv vəzifələr müzakirə olunub. Cavid Qurbanov xalqlarımız arasındakı tarixi dostluq münasibətləri barədə ətraflı məlumat verib. Bildirilib ki, Ulu öndər Heydər Əliyevlə, Qazaxıstanın milli lideri Nursultan Nazarbayevin hələ sovet dönəmində şəxsi dostluğu və müstəqillik illərində bir-birinə qarşılıqlı dəstəyi müasir münasibətlərimizin təməlinə çevrilib. Hazırda bu münasibətlər strateji səviyyəyə çatıb.

Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimov beynəlxalq layihələrin reallaşması prosesində, iki ölkənin dəmir yolları arasında əlaqələrin genişləndirilməsində Azərbaycan tərəfinin gördüyü işləri yüksək qiymətləndirib.

Qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev də Davos Dünya İqtisadi Forumunun Azərbaycanda dəmir yollarının keyfiyyəti ilə bağlı hesabatında Azərbaycan dəmir yollarının səmərəliliyi baxımından dünyada 12-ci, dəmir yollarının keyfiyyətinə görə 34-cü yerdə olduğunu diqqətə çatdırıb. Qonaq, həmçinin dövlət başçısının dəmir yollarının abadlaşdırılması, qurulması, dəmir yolu xidmətlərinin təkmilləşdirilməsi istiqamətində son illər ərzində, xüsusilə Cavid Qurbanovun bu vəzifəyə təyin edilməsindən sonra böyük irəliləyişlər olduğunu vurğuladığını məmnunluqla xatırlayıb.

Səmimi diaoloq şəraitində keçən görüşün sonunda xatirə hədiyyələri təqdim edilib.

Manevr.az


Cavid Qurbanov: "Beynəlxalq marşrutların fəaliyyətinin gücləndirilməsi tranzit potensialının artırılmasına istiqamətlənib" - ŞƏKİLLƏR
Cavid Qurbanov: "Beynəlxalq marşrutların fəaliyyətinin gücləndirilməsi tranzit potensialının artırılmasına istiqamətlənib" - ŞƏKİLLƏR
Cavid Qurbanov: "Beynəlxalq marşrutların fəaliyyətinin gücləndirilməsi tranzit potensialının artırılmasına istiqamətlənib" - ŞƏKİLLƏR
Cavid Qurbanov: "Beynəlxalq marşrutların fəaliyyətinin gücləndirilməsi tranzit potensialının artırılmasına istiqamətlənib" - ŞƏKİLLƏR
Cavid Qurbanov: "Beynəlxalq marşrutların fəaliyyətinin gücləndirilməsi tranzit potensialının artırılmasına istiqamətlənib" - ŞƏKİLLƏR

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar