Xəbər lenti
Bu kolbasaları almayın! – Tərkibində donuz dərisi tozu var
“Donuz dərisinin tozu, broyler toyuğunun dərisi…”. Bu inqrediyentlər “Araz” marketlər şəbəkəsində və digər şəbəkələrdə satışda olan “Mortadella” kolbasasının tərkibində yer alır. Belarusiyanın Vitebsk vilayətində istehsal olunan kolbasa aylardır ki, satışdadır. İstehlakçılar isə kolbasanın üzərində yazılan məlumatları oxumadan alırlar.
Həmin məlumatlar isə belədir: “Bişmiş, soyudulmuş birinci növ quş əti kolbasası ”Mortadella”. Tərkibi: ət inqrediyentləri (sümükdən mexaniki üsulla ayrılmış toyuq əti, broyler toyuğun dərisi, içməli su, melanj, kartof nişastası, yodlaşdırılmış xörək duzu tərkibində yaprıxmaya qarşı agent – kalium ferrosionid var), noxud nişastası, qatılaşdırıcilar E407, E412, heyvan zülalı; (donuz dərisinin tozu), stabilizatorlar E450, E 452, turşuluq tənzimləyicisi E451, şəkər, antıoksidləşdiricilər, E330, dad və aroma gücləndiricisi E621, maya ekstraktı, ədviyyat (hil), aromatizatorlar (dadlandırıcılar vetçina araması, aromatizatot his), ədviyyat ekstraktı (muskat qozu), maltodekstrin, qida boyası E120 yodat, rəng fiksatoru – natrıum nitrit. Tərkibində qlüten, sud, xardal emalı məhsullarının qalıqları ola bilər”.
Odur ki, mağazalardan aldığımız qida məhsullarının tərkibi haqda məlumatlara diqqət etməyimiz vacibdir.
“Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov “Yeni Müsavat”a dedi ki, kolbasının üzərində bu məlumatların yazılması yaxşı haldır: “Qida Təhlükəsizliyi Agentliyi qidanın təhlükəziliyinə nəzarət edir, amma keyfiyyətinə nəzarət etmək səlahiyyəti yoxdur. Əslində belə mallar əhalinin böyük əksəriyəti üçün arzuolunmaz haldır. Donuz dərisindən jelatin hazırlanır. Bu gün satışda uşaqlar üçün rəngarəng konfetlər var, hansıların ki, tərkibi jelatindir, yəni donuz dərisidir. Donuz dərisi qidaya yumşaqlıq, elastiklik verir. Yaxşı haldır ki, qeyd olunan kolbasanın tərkibində donuz dərisinin olduğunu yazıblar. Yazmasaydılar, bunu araşdıran, yazan olmazdı. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının üzvüdür, buna baxmayaraq Ramazan ayında efirlərdə spirtli içkilər reklam olunur, piştaxtalara belə məhsullar çıxır”.
Eyyub Hüseynov istehlakçılara müraciət edərək aldıqları məhsullaırn, xüsusən kolbasa məhsullarının üzərində olan tərkib haqda məlumatları oxumağa çağırıb: “Xüsusən xarici ölkələrdən gələn kolbasa və sosiska məmulatlarının üzərini yaxşı-yaxşı oxumaq lazımdır. Bundan başqa illərdir ki, deyirik ki, istehlakçılar üçün məlumat standartları müəyyən olunsun. Böyük hərflərlə bütün malların üzərində tərkib haqda məlumat yazılsın. İstehlakçılar üçün məlumat standartları müəyəyn edilmədikcə donuz dərisini də, toyuq dərisini də, digər heyvanların dərisini də əhaliyə yedirdəcəklər”.
Eyyub Hüseynovun sözlərinə görə, belə aldadıcı fəndlər – tərkib haqda məlumatların olduqca kiçik şriftlərlə yazılması halları Azərbaycanda da var: “Banklar müqavilə bağlayanda az qala oxunmaz ölçüdə olan şriftlə elə şərtlər yazırlar ki, sonradan həmin yazılanlara istinad edib müştərini fakt qarşısında qoyurlar. Bütün hallarda istehlakçıları aldıqları malların üzərində olan tərkib haqda məlumatları oxumağa çağırıram”. /bakupost.az/
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar