Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Müsavat funksionerləri partiyanı "divara dirəyib" - "Bu, demokratiyanın üzünə tüpürmək deyilmi?"

Tarix: 23-11-2019 14:22     Baxış: 2253 A- / A+
Müsavat funksionerləri partiyanı "divara dirəyib" - "Bu, demokratiyanın üzünə tüpürmək deyilmi?"


Müsavat funksioneri Yadigar Sadıqlı da Müsavat Partiyasının üzvlərə verdiyi arayışlara əlçatanlığın mümkün olmadığını deyib.


Manevr.az trend-ə istinadən bildirir ki, o bildirib: "İyulun 30-da İsmail Cəlilovun "Düz danışaq" verilişində bildirmişdim ki, Müsavat Partiyasının ali orqanında - Divanda təmsil olunmağımıza baxmayaraq, verilən arayışlarla tanış ola bilmirik. Üç gün sonra başqan Arif Hacılı elə həmin verilişdə "Müsavat daxilində şəffaflıqla bağlı hər hansı problem yoxdur" deyərək bizim arayışlarla tanış ola biləcəyimizi söylədi. Bundan sonra Tofiq Yaqublu yazılı surətdə İcra aparatının rəhbəri Gülağa Aslanlıya müraciət edib, arayışlarla tanış olmaq istəyib. Bu müraciətə heç vaxt cavab verilmədi. Bu gün isə Tofiq bəyin statusunda Gülağa Aslanlı yazır ki, "Arayış verilən şəxslərin açıqlanmasını, onların ailə üzvlərinin təzyiqə məruz qala bilməsi və bir çox digər səbəblərdən ictimailəşdirmək fikrimin olmadığını dəfələrlə söyləmişəm". Buradan belə suallar yaranır:

- Gülağa bəy hansı əsasla bu səlahiyyəti mənimsəyib?
- Şəffaflıq tələb edən bizlər arayışla tanış olan kimi hökumətə xəbər verəcəkdikmi?
- AKM-in Avropada heç bir xüsusi önəmi olmayan meydanlarda, Azərbaycan dilində plakatlarla keçirdiyi aksiyalarda şəkil çəkdirib paylaşanda ailə üzvlərinə niyə təzyiq olmur?
- Əgər onun belə bir fikri yox idisə, Arif Hacılı niyə ictimaiyyətə yanlış məlumat verirdi?".

Başqa bir müsavatçı Aliya Yaqublu da bu məsələyə münasibət bildirib. Onun sözlərinə görə, Gülağa Aslanlının dediyindən belə çıxır ki, Tofiq Yaqublu ondan zəif və vicdansız adamdır, prinsipsizin biridir: "Absurd və gülünc deyilmi? Partiya sənədlərini görmək hüququnun məhz bu gülünc arqumentlə inhisara alınması demokratiyanın üzünə tüpürmək deyilmi?".

Xatırladaq ki, Müsavat partiyasının üzvü Tofiq Yaqublu da 2016-cı ildən partiya rəhbərliyindən mühacirlərə verilmiş arayışlarla tanış olmaq üçün imkan yaradılmasını tələb edib, ancaq buna imkan verilməyib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar