Xəbər lenti
Mehman Hüseynovun bələdiyyə seçkilərinə namizədliyi qeydə alınıb - ŞƏKİL
Bloger: "MSK, hazırlaşın, başınızın bəlası gəlir" deyir
Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) sədri, bloger Mehman Hüseynovun bələdiyyə seçkilərində iştirakı üçün namizədliyi qeydə alınıb.
Manevr.az xəbər verir ki, o, bu barədə özü məlumat verib. M.Hüseynov həmçinin bu olayı sosial şəbəkədəki statusunda belə şərh edib: "Söz vermişdim axı, İnqilab Qaraçuxurdan başlayacaq, söz vermişdim axı, tənbəl, rüşvətxor, xalqa xidmət etməyən, vətəndaşları incidən məmurları özüm şəxsən yola salacam. Hazırlaşın, sizin qara günləriniz başlayır. Çox sağ ol Azərbaycan xalqı, çox sağ ol Qaraçuxur, Yeni Günəşli əhli, sizin dəstəyiniz, birliyiniz ilkin bəhrəsini verdi. Mən bu gündən rəsmən Bələdiyyə seçkilərinə namizədəm. Təsdiq olundu. Seçkilər tarixində belə maraqlı, kreativ, pozitiv seçki kampaniyası olmayıb, olmayacaq da. MSK, başınızın bəlası gəlir, özü də necə gəlir e. Möhtəşəm olacaq, çox möhtəşəm. Hazırlaşın, ay camaat.
Bir neçə gündən sonra təbliğata başlayacağıq. Komandamıza qoşulmaq istəyənlər, diqqətli olun! Bu yaxınlarda sizə xəbər veriləcək. Xeyirli, uğurlu olsun Azərbaycan".musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar