Xəbər lenti
Ən çox yağıntı Sumqayıt və Astaraya düşüb, Qaxda qarın hündürlüyü 12 sm olub
Noyabrın 21-i gündüzdən 22-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, yağış, dağlıq və dağətəyi ərazilərdə qar yağıb, bəzi yerlərdə intensivləşib.
Düşən yağıntının miqdarı Astarada 47, Lənkəranda 41, Xaçmazda 20, Balakən, Qəbələ, Zaqatalada 16, Lerik, Sarıbaşda 12, Oğuzda 11, Yardımlı, Tərtərdə, Qusar, İsmayıllıda 9, Şabranda 8, Quba, Neftçalada 7, Altıağac, Qırızda 6, Şamaxıda 5, Bərdə, Beyləqan, Ağdam, Mərəzə, Naftalanda 4, Xaltan, Xınalıqda 3, Ağstafa, Mingəçevir, Ağsuda 2, Gəncə, Daşkəsən, Şəmkir, Şahdağ, Qazıməmməd, Biləsuvar, Sabirabad, İmişli, Göyçay, Cəfərxan, Zərdab, Yevlaxda 1 mm, Sumqayıtda 47 mm (aylıq normanın 169 faizi), Bakıda 11 mm (aylıq normanın 38 faizi), Maştağada 6, Binədə 4 mm təşkil edib.
Qar örtüyünün hündürlüyü Sarıbaş, Altıağacda 12, Qırız, Xınalıqda 8, Qusarda 7, Mərəzə, İsmayıllı, Qubada 2, Xaltanda, Daşkəsəndə 1, Lerik, Yardımlıda 0,8 sm olub.
Havanın minimal temperaturu dağlıq rayonlarda 9-15 dərəcə şaxta təşkil edib.
Hazırda Bakıda havanın temperaturu iqlim normasından 2 dərəcə aşağıdır.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti noyabrın 23-ü gündüzədək davam edəcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar