Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlıların və ermənilərin qatili olan bu alçaq...

Tarix: 21-11-2019 14:14     Baxış: 3208 A- / A+
Azərbaycanlıların və ermənilərin qatili olan bu alçaq...


Serj Sərkisyanın sərsəm fikirləri nəinki dünya ictimaiyyətində, heç Ermənistanın özündə belə əhəmiyyətli hesab olunmur. O, sadəcə bu cür, öz səviyyəsinə uyğun çıxışlar edərək, “Qarabağ klanı” içərisində sürətlə əriyən və məhv olan nüfuzunu qorumaq üçün çabalar göstərir.

Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Ermənistanın eks-prezidenti Serj Sərkisyanın “Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq və bu problemin hərbi həlli yoxdur” fikirlərinə münasibət bildirərkən deyib. O bildirib ki, Dağlıq Qarabağı necə itirmişiksə, həmin yollarla da qaytarmaq bizim tam haqqımızdır:

“Sərkisyan qanmalıdır ki, Qarabağ beynəlxalq birlik, o cümlədən, Rusiya tərəfindən Azərbaycan əraziləri olaraq tanınır və Ermənistanın işğalı altında olduğu qəbul edilir. Əraziləri işğaldan azad etməyin isə iki yolu var: danışıqlar və antiterror əməliyyatı. Ehtimal ki, ikinci yol baş verəcək. Çünki Azərbaycanın səbrinin həddi var. Azərbaycan BMT Təhlükəsizlik Şurasının tələblərinə uyğun olaraq, Ermənistan ordusunu öz torpaqlarından hərbi yolla təmizləmək hüququnu özündə hər zaman saxlayır. Azərbaycan BMT-nin Nizamnaməsində göstərilən bu hüququndan vacib bildiyi məqamda istifadə edəcək və həmin zaman Sərkisyan kimi siyasətin zibilliyində olan şəxslərin sözlərini və özlərini tarixin zibilliyinə atacaq”.

Q.Hüseynli bildirib ki, erməni xalqı özü belə hələ də Sərkisyanın onlara etdiyi böyük pisliyi tam dərk etmir:

“Ermənilər bilməlidirlər ki, Sərkisyan kimi avantürist və qaniçən terrorçuların öz xalqına vurduğu ziyanın nəticəsidir ki, vaxtaşırı erməni ailələri övladlarını tabutlarda qarşılayır, özləri səfalət içində yaşayır, ölkənin iqtisadi imkanları tükənir və Ermənistan sürətlə boşalır. Bunu tam mənası ilə dərk edəndə onlar özləri Sərkisyanı məhv edəcəklər”.

Politoloqun sözlərinə görə, S.Sərkisyanın əsl niyyəti əslində ənənəvi olaraq, provokasiyadır və danışıqlar prosesini pozmaq, Azərbaycanın sərt addımlar atmasına şərait yaratmaq, Paşinyanı daha ağır vəziyyətə salmaq və vəziyyətdən sui-istifadə edib, “qəhrəman” olmaqdır:

“Sərkisyan kimilər törətdikləri cinayətlərə görə özlərini sığortalamağa çalışır. Amma o özünü nə qədər sığortalamağa çalışsa d,a hər kəs onun cinayətkar olduğunu yaxşı bilir. Ümumiyyətlə, belə bir şəxsiyyətsizin Qarabağla bağlı fikir səsləndirməsi yolverilməzdir. Xocalı qatili olan və əslində, bütün siyasi karyerasını azərbaycanlıların qanı üzərində quran, 2008-ci ildə isə hakimiyyət üçün öz xalqının qanını tökən bir qatil alçaqdan başqa nə gözləmək olar ki?”

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar