Xəbər lenti
Novruz Məmmədov yeni vəzifəyə təyinatından danışdı

"Siz məni yaman tez qabaqlayırsız. Yenə də çox sağ olun ki, maraqlanıb təbrik etdiniz”.
Manevr.az xəbər verir ki, bu fikirləri modern.az-a açıqlamasında sabiq Baş nazir Novruz Məmmədov Azərbaycan Dillər Universitetinə prorektor təyin olunması xəbərinə münasibət bildirərkən deyib.
Sabiq Baş nazir adıçəkilən təhsil ocağının onun üçün doğma olduğunu xüsusi qeyd edib:
"Mənim ilk fəaliyyətim elə Azərbaycan Dillər Universitetindən başlayıb. Həmin universiteti də fərqlənmə ilə bitirmişəm. Ondan sonra 25 il orada çalışmışam. Bu illər ərzində baş müəllim, dosent, dekan, kafedra müdirinə kimi fəaliyyət göstərmişəm. Bu təhsil ocağı mənə çox doğma yerdir. Müəyyən vəzifələr içərisində pedaqoji sahənin mənim üçün çox önəmli yeri var”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar