Xəbər lenti
Deputat, erməni qadınla şəkli yayılan Novella Cəfəroğlunu müdafiə etdi
Hüquq müdafiəçisi Novella Cəfəroğlunun bir erməni qadınla fotosu yayılıb. Bu, sosial şəbəkələrdə geniş müzakirələr doğurub. Hüquq müdafiəçisi tənqid və iradlara məruz qalıb. Hətta sosial şəbəkələrdə məlum şəkil paylaşılır və onun ölkədən çıxarılması tələbləri səslənir.
Manevr.az xəbər verir ki, amma bununla belə onu müdafiə edənlər çoxluq təşkil edirlər. Bu qəbildən olanların əsas arqumentləri isə, N.Cəfəroğlunun Ermənistanla Azərbaycan arasında yaradılan Sülh Platformasının üzvü olmasıdır.
Məlum fotonun çəkilmə anı ilə bağlı hüquq müdafiəçisi teleqraf.com-a danışıb: “Əvvəllər bizim İstanbulda seminarlarımız olurdu. Qarabağdan olan azərbaycanlı və erməni qadınlar yığaraq seminarlar təşkil edir, sülhün əldə ediləcəyi təqdirdə onların birlikdə necə yaşaya biləcəyini müzakirə edirdik. Əslində bu beynəlxalq təşkilatların seminarı idi, sadəcə biz də qadınlarla orada iştirak edirdik. Bu qadın özü Bayılda yaşayıb, Bakı ermənisidir. Gəlib yanımda əyləşdi, başını mənə tərəf əyərək dedi ki, sizdən Bakının qoxusunu almaq istəyirəm. Həmin vaxt fotomuzu çəkdilər. Fotodan görürsünüz ki, mən əyləşmişəm, qollarım da öz yerindədir, ermənini də qucaqlamamışam. İndi bu fotonu yaymaqla nə demək istəyirlər? Məni ermənipərəstlikdə ittiham etmək istəyirlər? Söhbət əlahiddə olaraq məndən getmir. Azərbaycanın aktiv və fəal ictimai xadimləri seminarlara, tədbirlərə gedir. Seminarda ermənilər də olur, onlarla ortaq müzakirələr də. Buna da normal yanaşmaq lazımdır. Əgər biz Qarabağa sahib olmaq istəyiriksə, dialoq, görüşlər olmalıdır. Biz hamıya deyirik ki, Qarabağ bizimdir, Azərbaycanın bir hissəsidir, bir metrini də heç kimə verməyəcəyik. Görüşlərdə bu mövqeyimizi ifadə edirik. Biz ermənilərlə birlikdə Minsk Qrupu ilə də görüşmüşük. Erməni qadın gəldi, dedi, əyləşim sizin yanınızda. Mən sülhdən danışıram, ona deyim ki, yox, yanımda əyləşmə? Bu, nə dərəcə məntiqli olar? Mənim kimi yüzlərlə insan gedib tədbirlərdə ermənilərlə rastlaşır, müzakirə aparır. Burada qeyri-adi heç nə yoxdur. Bunu yaymaqda məqsəd nədir, anlamıram. Biz kefə getmirik, beynəlxalq platformalarda mövqeyimizi müdafiə edirik”.
Hüquq müdafiəçisi əlavə edib ki, torpaqların müharibə yolu ilə azad edilməsi haqda qərar verilsə, buna uyğun addımlar atılacaq: “Hələ fotonu yayandan sonra bəziləri də yazıb ki, onu məmləkətdən qovmaq lazımdır. Bu ölkəni siz yaratmısınız? Mənim atam Naxçıvanda yaşayan ermənilərin 75 faizini oradan çıxaranda siz harada idiniz? Heç olmasa, gedib arxivləri oxuyun, görün, kimə nə deyirsiniz? Məni ermənipərəstlikdə ittiham etmək gülüncdür. Mənim prezidentlərdən tutmuş hər kəslə şəklim var. Qarabağlıların yanında məndən çox olan yoxdur. Müharibə vaxtı bizim cəmiyyətin gördüyü işləri bir nəfər ortaya çıxarmır. Amma mən bir qadın kimi arzu edirəm ki, müharibəsiz, ölümsüz torpaqlarımıza sahib olaq. Bu, hər bir ananın haqqıdır. Baxın, görün, nə qədər cavanlarımız ölüb. İstərəm ki, sülhlə torpaqlarımız azad edilsin. Amma bu alınmayacaqsa, müharibə də edəcəyik. Ermənilərə də açıq deyirik ki, müharibəni biz deyil, siz başlamısınız”.
N.Cəfəroğlu əlavə edib ki, fotonu yayan şəxsi məhkəməyə verməyi düşünür: “Ermənipərəst, ruspərəst, iranpərəst sözü heç vaxt xoşuma gəlməyib və mənə yapışmaz. Mən millətçiyəm, amma bütün insanlara da rəhmim var. Düşmənlərə qarşı da düşmənəm. Mənə əlini uzadana da əlimi uzadaram. Mənə sataşmasın, torpağımı qaytarsın. Mənim millətimə əl uzadanın da əlini kəsərəm. Mən nə ermənipərəst, nə də ruspərəstəm. Mən millətçiyəm, türkəm, türkpərəstəm və atatürkçüyəm”.
Deputat, hüquqşünas Çingiz Qənizadə “Yeni Müsavat”a açıqlamasıyla N.Cəfəroğlunun müdafiəsinə qalxıb: “Burada heç bir haqlı irad ola bilməz. Kimlərsə onun ölkədən çıxarılmasını tələb edirsə, o insanlara söz tapa bilmirəm. O adamlar bir görsünlər ki, Novella xanımın bu xalq, dövlət, Qarabağ üçün etdiklərinin mində birini ediblərmi? Novella xanım fədaidir. Canını, malını hər bir şeyini xalqımız, dövlətimiz, Qarabağın azadlığı üçün ortaya qoymuş bir insandır. O, hər zaman insan haqlarını qoruyub. Hər şeydən öncə bütün hüquq müdafiəçilərinin ağsaqqalıdır. Biz hər kəsdə bir eyib axtarıb, onu düşmən elan etməklə məşğuluq. Bununla biz görəsən, hara gedirik? İstər iqtidarda, istər parlamentdə, istərsə də, hər hansı bir ictimai-siyasi təşkilatda təmsil olunan olsun, hər kəsdə eyib axtarmaqla məşğuluq. Bu kəslərə üzümü tutub deyirəm ki, sizlər Novella xanımın etdiklərinin yüzdə deyil, mində birini xalq, dövlət, millət üçün etmisinizmi? Novella xanımın erməni qadınla foto çəkdirməsini təbii hesab edirəm. Mən də demişəm, yenə də deyirəm, əgər hansısa bir erməni Dağlıq Qarabağın Azərbaycanın olduğunu etiraf edirsə, Dağlıq Qarabağı ərazi bütövlüyümüz kimi tanıyırsa, o erməni ilə şəkil çəkdirmək də, qucaqlaşmaq da olar. Erməni haqqı deyirsə, niyə də olmasın ki? Biz erməni xalqı ilə düşmənçilik etmirik. Orada siyasi hakimiyyətdə olanlarla düşmənçilik edirik ki, onlar hakimiyyətdə qalmaq üçün Qarabağ kartı ilə işğalçılıq siyasətlərini həyata keçirirlər. Əgər erməni deyirsə ki, Dağlıq Qarabağ Azərbaycanındır, bizə indiki hakimiyyət lazım deyil, dostluq, qardaşlıq lazımdır. Bu adamla şəkil çəkdirmək niyə də olmasın? Mən də beynəlxalq təşkilatların üzvüyəm. Orada ermənilərlə görüşüb, onlara haqqın, ədalətin olduğunu başa salırıqsa, burada eyib nə var ki? Çox təəssüf edirəm. Əgər bizlər, ipək kimi bir insanda eyib axtarmağa çalışırıqsa, vay bizim günümüzə, halımıza. Sosial şəbəkələrdə bu cür paylaşımlar edən gənclərə, dostlara üzümü tutub deyirəm ki, qardaşlar nə etmək istəyirsiz? Bu şəkildə hara getmək olar? Novella xanım bütün hüquq müdafiəçilərinin başının tacıdır. O, eyni zamanda, Azərbaycanda Milli Azadlıq hərəkatında iştirak edənlərin başının tacıdır. Onu hakimiyyət də, müxalifət də, sadə insanlar da qəbul edir. O, bir şəxsiyyətdir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar