Xəbər lenti
Bir deputat “1,1 milyard manat azalacaq”, digəri isə “bundan söhbət gedə bilməz” deyir
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deputat həmkarı Tahir Kərimlinin hərbi xərclərin azalacağı ilə bağlı fikrinə münasibət bildirib.
Manevr.az-ın xəbərinə görə, deputat oxu.az-a açıqlamasında deyib ki, əgər hərbi xərclərdə azalma nəzərdə tutulursa, o da Tahir Kərimli kimi buna etiraz edərdi.
T.Kərimli Milli Məclisin iclasında 2020-ci ilin dövlət büdcə layihəsinin müzakirəsi zamanı Azərbaycanda 2023-cü ilə qədər hərbi xərclərin 1,1 milyard manat azalmasının proqnozlaşdırıldığını deyib və buna etiraz edib.
Millət vəkili E.Məmmədov isə düşünür ki, hərbi xərclərin azaldılmasından söhbət gedə bilməz.
“Biz müharibə vəziyyətində olan dövlətik. Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən Azərbaycan ordusunun ən yüksək səviyyədə silahlanması, hərbi-fiziki, mənəvi hazırlığının ən yüksək səviyyədə olması üçün həmişə müvafiq tədbirlər görülür. Bu gün Azərbaycanın qarşısında çox məsul, şərəfli vəzifə durur: düşməni işğal edilmiş torpaqlarımızdan çıxarmaq və ərazi bütövlüyümüzü təmin etmək”,-deyə E.Məmmədov bildirib.
Deputat qeyd edib ki, T.Kərimlinin dedikləri onun öz fikirləridir.
“Ancaq bu, doqma deyil. Hər şey ölçülüb-biçilib. Azərbaycan ordusu bütün göstəricilərə görə, dünya miqyasında 50 ən güclü ordu siyahısındadır. Gələcəkdə bundan da yüksək sıralarda dayanacaq. Ordumuz ən müasir silahlarla silahlanır və silahlanmalıdır da”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar