Sizin Reklam Burada
Xəbər lenti
28-02-2025
27-02-2025
BÜTÜN XƏBƏRLƏR

Sabirabadda 17 Noyabr- Milli Dirçəliş günü münasibətilə bayram tədbiri keçirildi -ŞƏKİLLƏR

Tarix: 16-11-2019 11:46     Baxış: 3405 A- / A+
Sabirabadda 17 Noyabr- Milli Dirçəliş günü münasibətilə bayram tədbiri keçirildi

Sabirabad rayon Mədəniyyət Mərkəzində 17 Noyabr- Milli Dirçəliş günü münasibətilə bayram tədbiri keçirilib.
Tədbirdə idarə, müəssisə rəhbərləri, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri,məktəblilər iştirak edirdi. Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə başlandı. Sonra tədbiri giriş sözü ilə Sabirabad rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Həsən Həsənov iştirakçıları 17 Noyabr Milli Dirçəliş günü münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. O bildirib ki, 17 Noyabr Milli Dirçəliş günü Azərbaycanın müstəqilliyinin bərpasında mühüm hadisədir. Azərbaycan xalqının milli dirçəliş tarixi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı cənab prezidentimiz İlham Əliyev ölkəmizi işıqlı gələcəyə, yeni uğurlara inamla aparır. Sabirabad rayon Mədəniyyət Mərkəzinin “Kür-Araz”instrumental ansamblının ifasında bayram tədbiri davam etdi. Ansamblın müşayiəti ilə Daşqın Mehdiyevin, V Muğam festivalının diplomantı Səməd Səmədovun,Sazda Əziz Habiloğlunun, Sabirabad rayon Mədəniyyət Mərkəzinin Əhmədabad kənd Folklor evinin “Axısxa Halay-Türk”folklor rəqs qrupunun, Musa Zeynalovun, ”Xalq artisti”televiziya müsabiqəsinin qalibi Sərxan Baxşıyevin ifalarında Azərbaycanı, vətənimizi tərənnüm edən mahnılar səsləndi.

Manevr.az

Sabirabadda 17 Noyabr- Milli Dirçəliş günü münasibətilə bayram tədbiri keçirildi
Sabirabadda 17 Noyabr- Milli Dirçəliş günü münasibətilə bayram tədbiri keçirildi
Sabirabadda 17 Noyabr- Milli Dirçəliş günü münasibətilə bayram tədbiri keçirildi
Sabirabadda 17 Noyabr- Milli Dirçəliş günü münasibətilə bayram tədbiri keçirildi
Sabirabadda 17 Noyabr- Milli Dirçəliş günü münasibətilə bayram tədbiri keçirildi

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar