Xəbər lenti
“Azəriqaz” İB-nin təşəbbüsü ilə istixana sahibləri ilə görüş keçirilib -ŞƏKİLLƏR
Bakı şəhərinin Xəzər rayonunda “Azəriqaz” İstehsalat Birliyinin təşəbbüsü ilə istixana sahibləri ilə görüş keçirilib. Zirə mədəniyyət evində baş tutan görüşdə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev, Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Xəzər rayonunun İcra Hakimiyyətinin başçısı Elşən Salahov və Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Bəşir Quliyev iştirak ediblər.
Birlikdən Manevr.az-a verilən məlumata görə, 50-dək meyvə-tərəvəz istehsalı ilə məşğul olan istixana sahiblərinin problemləri dinlənilib. Onlar əsasən istixanalara verilən qazın hər kub metrinə görə qiymətin 20 qəpikdən 10 qəpiyə endirilməsini, borclarla bağlı güzəştlərin olunmasını, qaz sayğacı tənzimləyicilərinin yerinin dəyişdirilməsi və s. məsələlərlə bağlı fikirlər səsləndiriblər.
“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev çıxış edərək bildirib ki, bu, artıq istixana sahibləri ilə 2-ci görüşdür, bundan öncə Şəmkir rayonunda müzakirələr aparılıb. Yaxın vaxtlarda Salyan rayonunda belə bir fikir mübadiləsi baş tutacaq. Ümumiyyətlə isə istixana sahiblərinin problemlərini dinləmək üçün tərtib ediləcək qrafik əsasında tez-tez görüşlərin təşkili nəzərdə tutulub. Sayğac tənzimləyicilərinin yerinin dəyişdirilməsi, borclu sahibkarların fəaliyyətinə köməklik göstərilməsi və digər məqamlarla bağlı məsələlərin həlli elə yerindəcə mümkün olub.
Qeyd edək ki, hazırda Bakı şəhərinin Xəzər rayonunda 161 iri sənaye, 138 xırda istixana sahibkarlıq obyekti fəaliyyət göstərir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar