Xəbər lenti
Deputat vəsiqəsini girov qoyan Rafael Cəbrayılov məhkəmə qarşısında
Abşeron Rayon Məhkəməsində Bakı Dövlət Universitetinin müəllimi Xatirə Nəcəfovanın sabiq deputat Rafael Cəbrayılova qarşı qaldırdığı iddia üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Manevr.az xəbər verir ki, hakim Habil Əhmədovun sədrliyi ilə keçirilən iclasda anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə prosesi qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Qeyd edək ki, X.Nəcəfova 1994-cü ildən BDU-nun İngilis dili (humanitar fakültələr üzrə) kafedrasında çalışır. R.Cəbrayılovun Xatirə Nəcəfovadan külli-miqdarda borc alaraq qaytarmadığı bildirilir.
X.Nəcəfova Rafael Cəbrayılov barəsində Abşeron Rayon Məhkəməsində maddi ziyanın ödənilməsi ilə bağlı iddia qaldırıb.
Xatırladaq ki, deputat R.Cəbrayılovun 300 min manat borc qarşılığında deputat vəsiqəsini girov qoyması ilə bağlı bir müddət əvvəl xəbərlər yayılıb. O, T.Fətəliyeva adlı vətəndaşdan ev tikmək üçün notariat qaydasında təsdiq olunmuş şəkildə 300 min ABŞ dolları məbləğində borc alıb.
Lakin deputat borcu vaxtında ödəyə bilməyib. O, borcu vəd etdiyi vaxta qaytara bilmədiyi üçün zəmanət kimi III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatının vəsiqəsinin əslini girov qoyub. R.Cəbrayılov T.Fətəliyevadan başqa X.Nəcəfova adlı daha bir qadından da borc alıb.
Rafael Cəbrayılovun, həmçinin, M.Qurbanova, O.Hacıyev, S.Məmmədova və onun oğlu F.Əliyevə də borcu olduğu ortaya çıxıb.
Rafael Cəbrayılov bundan sonra mandatından imtina etməklə bağlı parlamentə müraciət edib.
Milli Məclis onun deputat səlahiyyətlərinə xitam verilməsi üçün MSK-ya müraciət göndərib.
Oktyabrın ayının 2-də MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rafael Cəbrayılovun səlahiyyətlərinə xitam verilib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar