Xəbər lenti
Mənsimovdan Araz Əlizadəyə: Siyasi təlxək...
Deputat Araz Əlizadənin Nuru Paşanın ordusuna “muzdlu” deməsi və “biz azərbaycanlıyıq, türk deyilik” məntiqi məni düşündürdü. Xatirimdədir, Araz və Zərdüşt Əlizadə qardaşları Ali Sovetdə deyirdilər ki, Qarabağı azad etmək üçün ruslara pul verib Azərbaycana gətirmək lazımdır. Şübhəsiz, bu, bütövlükdə Azərbaycanın Rusiya tərəfindən yenidən işğal olunması demək idi. Bu, həmin Araz Əlizadədir.
Manevr.az xəbər verir ki, bunu Türkiyədə yaşayan tanınmış azərbaycanlı milyarder Mübariz Mənsimov qeyd edib. O, millət vəkili Araz Əlizadəyə türklərlə və Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa ilə bağlı səsləndirdiyi fikirlərə görə kəskin iradını bildirib:
“Bu, Güneydə qardaş-bacılarımıza divan tutan fars rejimini həmişə tərifləyən Araz Əlizadədir. Nuru Paşa şəxsiyyətinə həqarət edən heç vaxt millətimin vəkili ola bilməz. Sinəndə gəzdirdiyin Azərbaycan bayrağının üzərindəki göy rəng soyumu, kimliyimi dünyaya bəyan edir. Bundan xəbərin yoxdursa, sən o bayrağa heç layiq deyilsən. Araz Əlizadə, sən Nuru Paşanı muzdlu adlandırırsan? Sevdiyin bolşeviklərin, onların himayə etdikləri daşnakların işğal etdikləri gənc Cümhuriyyətin paytaxtı Bakını zir-zibildən təmizləyən Nuru Paşa, əlbəttə ki, xalqımızın xilaskarı, başımızın tacıdır. Nuru Paşanı yalnız daşnaklar və bolşeviklər, indi isə siz, Araz Əlizadə “muzdlu” deyə çağırır. Ucuz şou yaratmaqla gündəmdə qalmaq istəyirsiniz?! Öz işinizdir. Amma milli dəyərlərimiz sizin üçün oyuncaq deyil. Millət vəkili kimi hələ də məşğul olmağa bir ciddi iş tapmamısınızsa, gedin siyasi təlxəklik edin. Bu sizdə daha yaxşı alınardı. Nuru Paşa kimi dəyər sizin ağlınızın səviyyəsi deyil və ola bilməz”.
M.Mənsimov Araz Əlizadəni danışarkən diqqətli olmağa çağırıb:
“Keçmişindən bixəbər olanın gələcəyi yalnız məhvdir. Bizim tariximiz və soyumuz o qədər gözəldir ki, başqaları bizə həsəd aparırlar. Türk olmaq – şərəfdir, qürurdur! Güneydəki soydaşlarımız “Biz türkük” deyə mücadilə aparırlar. Biz isə “türk deyilik” deməyə başladıq? Siz rusdilli ola bilərsiz, amma rusun dediyi kimi düşünməyəcəksiz. Biz Azərbaycan türküyük! Övladlarımızı da belə tərbiyə etməliyik. Təəssüf ki, sinəsində türkün müqəddəs bayraqlarından olan Azərbaycan bayrağını daşıyan Araz Əlizadə belə sözlər danışıb. Türkün türkdən başqa dostu yoxdur. Türkiyə türklərini bizdən küsdürməyin. Kəlmənizə diqqət edin. Axı siz Rusiyanın yox, Azərbaycanın millət vəkilisiniz, deyilmi?!”axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar