Xəbər lenti
Sabirabadda Dövlət Bayrağı gününə həsr olunmuş musiqili bayram tədbiri keçirildi -ŞƏKİLLƏR
Dövlət Bayrağı hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi, müstəqil dövlətimizin şərəfi,qüdrəti olduğunu və gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında böyük rol oynayır.
Azərbaycanın müstəqillik rəmzi olan Dövlət Bayrağı ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də ilk dəfə Naxçıvanda ucaldılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 Noyabr 2009-cu il tarixli Fərmanı ilə 9 Noyabr Dövlət Bayrağı günü elan edilib. 08 Noyabr 2019-cu il tarixində Sabirabad rayon M.Ə.Sabir adına 1 saylı tam orta məktəbində Sabirabad rayon Mədəniyyət Mərkəzinin birgə əşkilatçılığı ilə 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı”gününə həsr olunmuş musiqili bayram tədbiri keçirildi. Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında tədbir açıq elan edildi.Tədbirdə çıxış edənlər Dövlət Bayrağı günü münasibətilə məktəbliləri təbrik edərək xoş arzularını bildirmişlər. Tədbirdə həmçinin Sabirabad rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “rəsm dərnəyi” üzvlərinin əl işlərindən ibarət rəsm sərgisi yaradılmış,məktəbin müəlliməsi Qasımova Seyidfatimənin hzırladığı toxunma saplarından işənmiş Azərbaycanın Dövlət Bayrağını tərənnüm edən “Qız qalası”, IX “a”sinif şagirdi Fatimə vəVII ”c” sinif şagirdi Əlinin əl işlərindən ibarət “snayper” və “gül dəstəsi” maketləri məktəblilər və tədbirdə iştirak edən qonaqlar qarşısında nümayiş etdirildi. Sonra M.Ə.Sabir adına 1 saylı tam orta məktəbin uşaq birliyinin rəhbəri Fatimə Mehdiyevanın Azərbaycan Respublikasının Dövlət bayrağına həsr etdiyi məktəblilərdən ibarət flaşmob təqdim olunub.Bir birinin ardınca Azərbaycanı,vətənimizi, bayrağımızı tərənnüm edən şer,mahnılardan ibarət proqram nümayiş etdirilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar