Xəbər lenti
17 yaşlı gənc bütün tətillərini kompüter arxasında keçirdi - İNSULTDAN ÖLDÜ
Taylandlı Pləvat Harikin 17 yaşında insultdan ölüb. Ömrünün son həftəsini o, hətta gecələr belə, monitorun önündən çəkilmədən kompüter oyunları oynamaqla keçirib.
Bu barədə "Daily Mail" yazır.
Yeniyetmə tətildə olduğu üçün bütün boş vaxtını onlayn oyunlara həsr edib. Valideynləri onu oyunlardan çəkindirməyə çalışsalar da, kompüteri əlindən almayıblar, əksinə, yeməyini otağına gətirərək, şərait də yaradıblar.
Bir gün otağına növbəti dəfə yemək gətirən ata övladının yerdə huşsuz halda uzandığını görüb və təcili yardım çağırıb. Lakin həkimlər onun artıq öldüyünü bildirib. Pləvatın insultdan dünyasını dəyişdiyi məlum olub.
Oğlanın valideynləri ümid edir ki, bu hadisə digər yeniyetmələr və onların valideynləri üçün ibrət olacaq.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar