Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bəxtiyar Hacıyev erməni nazirə İsveçdə çətin suallar verib...

Tarix: 06-11-2019 08:12     Baxış: 3261 A- / A+
Bəxtiyar Hacıyev erməni nazirə İsveçdə çətin suallar verib...

İctimai fəal Bəxtiyar Hacıyev İsveçdə Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyanı sualları ilə çətin vəziyyətə salıb.

Manevr.az xəbər verir ki, bu barədə B.Hacıyev özünün "Facebook" səhifəsində xüsusi yazı paylaşıb. Həmin yazını sizə təqdim edirik:
"Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan İsveç Beynəlxalq Əlaqələr İnstitutunda Şərq Tərəfdaşlığı mövzusunda çıxış edirdi. Çıxışında R.Səfərov mövzusu, onun əfv edilməsi məsələsinə də toxunaraq, elə bir görüntü yaratmağa çalışırdı ki, sanki, Ermənistan sülh carçısıdır və münaqişənin həll olunmamasının tək müqəssiri Azərbaycandır.

Tədbirdə iştirak edən deputat Asim Mollazadə Minsklə bağlı bir müzakirəyə zarafatla şərh verdi və "Minsk soyuducu istehsal edib, dondurulmuş konflikt verib" dedi və daha sonra erməni XİN-dən xüsusi ilə Xocalıda uşaqların, qadınların və mülki şəxslərin öldürülməsində birbaşa iştirak etmiş Köçəryanın beynəlxalq məsuliyyətə cəlb edilməsinə, məsələnin araşdırılmasını Ermənistanın hazır olub-olmaması barədə sual soruşdu. Mnatsakanyan bir az həşir salıb, hay-küylə Azərbaycan tərəfinin də müqəssir olduğunu bildirdi və sonda Azərbaycan tərəfinə xitabən "burada mələk kimi görünməyə çalışmaq lazım deyil" dedi.

Sonra mən söz aldım, dedim ki, Ermənistanda hakimiyyət dəyişikliyi baş verəndə yaxından izləyirdik və bir çoxlarında müsbət gözləntilər vardı ki, Paşinyan hakimiyyəti Qarabağ mövzusunda konstruktiv, ağıllı davranacaq. Amma, biz sizin Vaşinqtonda, Brüssüldə və digər Avropa paytaxtlarında çıxışlarınızla Ermənistandakı çıxışlarınızı dinləyəndə tam əks mənzərə görürük. Birtərəfli çıxış edirsiniz və buralarda sülhdən danışıb, Ermənistanda tam əks addımlar atırsınız. Sonra erməni terrorçuların Ermənistanda qəhraman kimi qəbul edilməsi barədə deyəcəkdim, moderator müdaxilə etdi ki, suala keçin.

Suala keçəndə dedim ki, bayaq dediniz mələk kimi təqdim edirsiniz özünüzü, amma, siz də mələk deyilsiniz və özünüzü belə təqdim edirsiniz. Hamımıza məlumdur ki, Şərq Tərəfdaşlığının rifahı, təhlükəsizliyi, stabilliyi üçün Qarabağ münaqişəsinin həlli vacibdir. Necə ola bilər ki, Şərq Tərəfdaşlığının bir ölkəsinin baş naziri bütün ölkələr tərəfindən başqa bir Şərq Tərəfdaşlığı ölkəsinin ərazisi sayılan, işğal altında torpaqlara gedib, "Qarabağ Ermənistandır və nöqtə" deyir, Qarabağın Ermənistana birləşdirilməsinə çağırış edir və sülhdən danışır. Bu, sülhə necə töhfə verir?

Mnatsakanyan bir neçə başqa sualı alandan sonra sualıma anlaşılmaz baş nazirimizin Qarabağdakı çıxışı elə onu göstərirdi ki, münaqişənin həlli Ermənistan, Azərbaycan və Dağlıq Qarabağ xalqlarından asılıdır kimi absurd cavab verdi. Amma, sonradan tədbir iştirakçılarının bir neçəsi yaxınlaşaraq, yerində sual verildiyini və cavabın absurd olduğunu bildirdilər".


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar