Sizin Reklam Burada
Xəbər lenti
28-02-2025
27-02-2025
BÜTÜN XƏBƏRLƏR

Qardaşından Araz Əlizadəyə cavab: “Dönüklüyü, xəyanəti bağışlamıram”

Tarix: 05-11-2019 23:13     Baxış: 3277 A- / A+
Qardaşından Araz Əlizadəyə cavab: “Dönüklüyü, xəyanəti bağışlamıram”

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, deputat Araz Əlizadə İctimai Televiziyanın efirində yayımlanan “3D” verilişinin qonağı olub.

Robot-aparıcı Dadaş Dadaşlinskinin suallarını cavablandıran Araz Əlizadə qardaşı, politoloq Zərdüşt Əlizadə ilə münasibətlərinə də toxunub. Deputat bildirib ki, illərdir küsülü olduğu qardaşına barışıq üçün bir neçə dəfə əl uzatsa da, bu əl havada qalıb. O, artıq bu məsələni unutduğunu söyləyib.
Manevr.az xəbər verir ki, A.Əlizadənin bu fikirlərinə münasibətini öyrənmək üçün modern.az deputatın qardaşı Zərdüşt Əlizadə ilə əlaqə saxlayıb. O, açıqlamasında belə bir məsələnin gündəmə gəlməsini qınayıb:
“O, yaxşı edib, əcəb edib danışıb. Bizdə demokratiyadır, İlham Əliyevə təşəkkür edirəm ki, Azərbaycanda demokratiya var. Kim nə istəyir danışır, canı sağolsun. Azərbaycanda bu qədər mühüm problemlər qala-qala gör nədən sual verirsiniz?!”
Z.Əlizadə qardaşını bağışlamayacağını qətiyyətlə vurğulayıb:
“Mənə lazım deyil. Heç bilmirəm o verilişdə nə deyib. Bilmək də istəmirəm. Havada qalıb, çox şey havada qalıb. Mən bağışlamıram. Dönüklüyü, əhdi peymanı, xəyanəti bağışlamıram”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar