Xəbər lenti
Zorlandığını deməklə məşhurlaşan direktor müavininə yeni vəzifə - məktəb qarışdı - FOTOLAR

Bir müddət əvvəl Xəzər rayonu Şimal DRES qəsəbəsindəki 230 saylı orta məktəbdə direktor tərəfindən zorlandığını iddia edən, daha sonra isə işdən qovulan direktor müavini Ləman Babayeva başqa məktəbdə işə düzəlib.
BakiPost.az-a daxil olan məlumata görə, L.Babayeva Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən nüfuzlu məktəblərdən birində - İftixar Tağıyev adına 26№-li tam orta məktəbdə işə başlayıb.
Əldə etdiyimiz digər məlumatlarda deyilir ki, məktəbin kollektivi onun bura təyinat almasına etiraz edib. Müəllim və digər işçilər ərizə yazaraq narazılıqlarını ifadə ediblər, lakin ərizələri geri qaytarılıb.
Məktəbdən L.Babayevanın işə düzəldiyi faktını saytımıza təsdiqləyiblər.
Xatırladaq ki, bir müddət öncə 230 nömrəli məktəbin direktoru Elşən Qafarov və müavini Ləman Babayeva zorlanma iddiası ilə mətbuatın gündəminə gəlmişdi. Belə ki, xanım müavin direktor E.Qafarov tərəfindən zorlandığını bildirirdi. Lakin bu fakt Xəzər rayon Prokurorluğu tərəfindən təsdiqlənməyib.
Mətbuatda yayılan məlumatlarda L.Babayevanın erməni əsilli olduğu da vurğulanırdı.
Daha sonra isə təhsil naziri Mikayıl Cabbarovun əmri ilə Elşən Qafarov və Ləman Babayeva işdən qovulmuşdular.
Manevr.az



Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar