Sizin Reklam Burada
Xəbər lenti
28-02-2025
27-02-2025
BÜTÜN XƏBƏRLƏR

“ÖzSüt” restoranlar şəbəkəsindən Hacıbala Abutalıbovla bağlı AÇIQLAMA

Tarix: 03-11-2019 09:47     Baxış: 3242 A- / A+
“ÖzSüt” restoranlar şəbəkəsindən Hacıbala Abutalıbovla bağlı AÇIQLAMA

“ÖzSüt” restoranlar şəbəkəsinin nə Hacıbala Abutalıbovla, nə də onun oğlu İsrafil Abutalıbovla heç bir əlaqəsi yoxdur. Restoranların sahibi başqa şəxsdir, bu restoranlar nə Abutalıbovların, nə də hər hansı digər vəzifəli şəxslərin nəzarətində və tabeliyində deyildir”.

Manevr.az xəbər verir ki, bu fikirləri “yenisabah”a “Hacıbala Abutalıbovun biznes obyektləri nəzarətə götürüldü” başlıqlı yazıya cavab olaraq “ÖzSüt” restoranlar şəbəkəsinin hüquqşünası Roman İsmayılov bildirib.
O qeyd edib ki, “ÖzSüt” restoranlarının Türkiyədə 200-dən çox şöbəsi var, Azərbaycanda isə 2014-cü ildən fəaliyyətə başlayaraq ailəvi məkan kimi fəaliyyət göstərir.
“ÖzSüt” restoranlar şəbəkəsinin təsisçisi tamam başqa bir şəxs və həmin restoranların onun tərəfindən idarə olunduğunu qeyd edən R.İsmayılov “Ola bilsin ki, “ÖzSüt”ün icarəyə götürdüyü mülklərdən hansısa biri Hacıbala Abutalıbova yaxın şəxslərin mülkiyyətindədir. Amma “ÖzSüt” restoranlar şəbəkəsi Abutalıbovların deyil” - söyləyib.
“ÖzSüt”də vergi məmurlarının monitorinqlərə başlamasına gəlincə, R.İsmayılov qeyd edib ki, bununla bağlı hər hansı narahatlıq yoxdur. Belə ki, bu cür monitorinqlər yalnız “ÖzSüt”də deyil, digər restoranlarda da müntəzəm aparılır. Həmçinin, “ÖzSüt” restoranları tərəfindən Azərbaycan Respublikasının Vergi Qanunvericiliyinə tam olaraq əməl olunur və Vergilər vaxtı-vaxtında ödənilir.
Xatırladaq ki, Baş Nazirin sabiq müavininə məxsus biznes obyektlərinə vergi məmurları tərəfindən nəzarətin gücləndirildiyi bildirilir və bu biznes qurumları arasında “ÖzSüt”ün də olduğu qeyd edilirdi.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar