Xəbər lenti
Bakıda Türkiyənin milli bayramı münasibətilə rəsmi qəbul təşkil olunub
Bu gün Bakıda Türkiyə Cümhuriyyətinin elan edilməsinin 96-cı ildönümü ilə bağlı rəsmi qəbul keçirilib.
Manevr.az-ın məlumatına görə, qəbulda dövlət və hökumət rəsmiləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Azərbaycan və Türkiyənin himnlərinin oxunması ilə başlayan tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və Milli Məclisin sədri Oqtay Əsədov çıxış ediblər.
E. Özoral Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyə Cümhuriyyətinin elan edilməsinin 96-cı ildönümü ilə bağlı təbrikini oxuyub. Türkiyə Prezidenti təbrikində bildirib ki, Qazi Mustafa Kamal Atatürk başda olmaqla, İstiqlal savaşımızın qələbəsində rolu olanları hörmətlə yad edirlər: “Qarşıdakı ildə Türkiyə Böyük Millət Məclisinin yaradılmasının 100-cü ildönümünü qeyd edəcəyik. Biz bu dövlətin qurulması və qorunması üçün canından keçmiş bütün şəhidlərimizə rəhmət diləyirik. Biz dövlət və millət olaraq son illər yenə də bir İstiqlal savaşı verməkdəyik. Hazırda Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi “Barış bulağı” əməliyyatı da bu mübarizəmizin bir hissəsidir. Bu gün sərhədlərimizin təhlükəsizliyinə və iqtisadiyyatımıza hücumlar davam edir, İstiqlal savaşını fərqli formada aparırıq. Türkiyə qədim dövlətçilik nənələri ilə bu problemlərin öhdəsindən gələcək. Ölkəmizin qarşısındakı maneələri aşaraq bu günlərə gəldik. Ölkəmizi 2023-cü il hədəflərinə çatdıraraq bizdən sonrakı nəsillərin 2071-ci il hədəflərinə çatmasına zəmin yaradacağıq. Bir daha Türkiyə Cümhuriyyətinin edan edilməsinin 96-cı ildönümü münasibəti ilə sizləri təbrik edirəm”.
Azərbaycan Prezidenti İlham Əliyevin təbriklərini çatdıran spiker Oqtay Əsədov isə Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin sarsılmaz olduğunu vurğulayıb.apa
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar