Xəbər lenti
XVIII Bakı Zirvə Görüşü dünya mətbuatının diqqətində
Bakıda keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü müxtəlif ölkələrin KİV-ləri tərəfindən geniş işıqlandırılır.
Manevr.az Publika.az xəbər verir ki, tədbirdə təmsil olunan ölkələrin nüfuzlu mətbuat orqanları nümayəndə heyətlərinin Zirvə Görüşündə iştirakı barədə geniş xəbərlər dərc edirlər.
Malayziyanın “Bernama” xəbər agentliyi, “The Himalayan Times” qəzeti ölkənin Baş Naziri Mahathir Bin Mohamadın Zirvə görüşündə çıxışına geniş yer veriblər. Qeyd olunub ki, hökumət başçısı 16 il əvvəl Qoşulmama Hərəkatının Zirvə Görüşünün Kuala-Lumpurda keçirildiyini, Bakıda davam edən tədbirin əhəmiyyətini vurğulayıb. Baş Nazir “soyuq müharibə”nin başa çatmasından sonra hazırda aparılan ticarət müharibələrinin qlobal iqtisadiyyata və sosial vəziyyətə mənfi təsirini də qeyd edib.
Nepalın “DD News” və “The Rising Nepal” saytlarında da Qoşulmama Hərəkatının XVIII Bakı Zirvə Görüşü barədə geniş hesabatlar yerləşdirilib. Nepalın Baş Naziri Khadqa Prasad Şarma Olinin tədbirdə iştirakının əhəmiyyətini vurğulayan xəbər müəllifləri qeyd ediblər ki, Azərbaycan paytaxtında dünyanın 60-a yaxın ölkəsinin dövlət və hökumət başçılarının qəbul edəcəyi Bəyannamə planetimizdə sülhün və sabitliyin bərqərar olması baxımından böyük əhəmiyyət kəsb edir.
Hindistanın “Indiatimes”, PTI agentlikləri və “All İndia Radio” və NDTV telekanalında yayılan xəbərlərdə Hindistanın vitse-prezidenti Muppavarapu Venkaiah Naidunun başçılıq etdiyi nümayəndə heyətinin Zirvə Görüşündə iştirakı geniş şəkildə işıqlandırılıb. Qeyd olunub ki, rəsmi Dehli Qoşulmama Hərəkatına böyük əhəmiyyət verir və onun fəaliyyətində yaxından iştirak edir.
Kubanın Prezidenti Migel Diaz-Kanelin Zirvə Görüşündə iştirakı və onun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü barədə məlumat verən Kubanın “Radio Habana” radiosunun saytında Bakıda keçirilən tədbirin əhəmiyyətindən bəhs olunur və Azərbaycanın Qoşulmama Hərəkatına sədr seçildiyi vurğulanır.
Qoşulmama Hərəkatının XVIII Bakı Zirvə Görüşü haqqında Eritreyanın “Tesfa”, İndoneziyanın “Antara”, Banqladeşin UNB (United News of Bangladesh), Şri-Lankanın “Lanka Page”, İordaniyanın “The Jordan Times”, Pakistanın “Times of Islamabad” və “The Business Standart” agentlikləri və saytları da geniş xəbərlər yayıblar. Bundan başqa, tədbirdə iştirak edən dövlət və hökumət başçılarının, habelə yüksəkvəzifəli nümayəndələrin sosial şəbəkələrdəki səhifələrində də Zirvə Görüşü haqqında məlumatlar yerləşdirilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar