Sizin Reklam Burada
Xəbər lenti
08-09-2025
07-09-2025
BÜTÜN XƏBƏRLƏR

"Dedi ki, uşaqlarıma yaxşı bax" - İtən neftçilərin ailələri danışdı

Tarix: 15-12-2016 16:59     Baxış: 4378 A- / A+
"Dedi ki, uşaqlarıma yaxşı bax"


Xəbər verdiyimiz kimi, bu gün səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub.

Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb.


İtkin düşən neftçi Güloglan Zülfüqarovun oğlu Elçin Zülfüqarovun verdiyi məlumata görə, atası hadisədən əvvəl onlara zəng edib.

"Dünən axşam saatlarında atam evə zəng etmişdi. Dedi ki, növbəni təhvil verib. Səsini yaxşı eşidə bilmirdik. Hiss olunurdu ki, güclü külək əsir, atam çətinliklə danışdı”.

İtkin düşən neftçinin qardaşı Azay Zülfüqarov da ötən gün həyat yoldaşı ilə əlaqə saxlayıb.


Neftçinin xanımı Çimnaz Zülfüqarova AzVision.az-a bildirib ki, o, həyat yoldaşının sağ qayıdacağına inanır.

"Axşam saat 8-də Azaydan zəng gəldi. Uşaqlara görə çox narahat idi. Dedi ki, uşaqlara yaxşı bax. Onlar xəstələndiyi üçün Azayın keyfi yox idi. Uşaqlardan birinin 2, digərinin 3 yaşı var. Allahın köməyi ilə hər şey yaxşı olacaq. Azay öz ailəsinin, uşaqlarının yanına qayıdacaq. Buna inanıram”.


Qeyd edək ki, Zülfüqarov Azay və Zülfüqarov Güloglan qardaşdılar.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar