Sizin Reklam Burada
Xəbər lenti
14-11-2026
13-11-2026
BÜTÜN XƏBƏRLƏR

Mirşahin Ağayev Gültəkin Hacıbəylinin xarici diplomatlarla danışığının səs yazısını yayıb - VİDEO

Tarix: 21-10-2019 08:13     Baxış: 3624 A- / A+
 Mirşahin Ağayev Gültəkin Hacıbəylinin xarici diplomatlarla danışığının səs yazısını yayıb - VİDEO

Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəylinin oktyabrın 19-da, rəhbərliyində təmsil olunduğu qurum razılaşdırılmamış aksiya keçirdiyi zaman ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi işlər üzrə müşaviri Uilliam Solly ilə danışığının audio yazısı yayılıb.

Səs yazısını Real TV-nin rəhbəri Mirşahin Ağayev müəllifi olduğu "Mirşahin vaxtı" proqramında yayıb.

G. Hacıbəyli səs yazısında evində internet kəsildiyi üçün yaza bilmədiyini qeyd edir, aksiya ilə bağlı məlumat verir. ABŞ diplomatı isə xanım Hacıbəyliyə internet bərpa olunan kimi geniş məlumat yazmağı tapşırır və şəhərdə prosesi izlədiyini bildirir.

Proqramda, həmçinin, G.Hacıbəylinin Avropa İttifaqının siyasi, sosial məsələlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Denis Danidis ilə görüşündən də danışılıb. Səsləndirilən audioyazıda G.Hacıbəylinin razılaşdırılmamış aksiyadan əvvəl avropalı diplomatla nahar masası ətrafında söhbət etdiyi, ondan mitinqə kömək etməyi xahiş etdiyi aydın olur.
Digər səs yazısının məzmunu isə zəngin aksiya cəhdi zamanı edildiyini deməyə əsas verir. G.Hacıbəyli aksiyada 500 nəfərin saxlanıldığını bildirir, Əli Kərimli ilə bağlı narahat olduğunu qeyd edir.

Qeyd edək ki, G.Hacıbəyli "facebook" sosial şəbəkəsindəki səhifəsində bu danışığın olduğunu təsdiqləyib, səs yazısının yayılmasına görə istifadəçisi olduğu mobil operatoru ittiham edib. ABŞ və Avropa İttifaqının Azərbaycandakı diplomatik missiyası isə hələlik məsələyə münasibət bildirməyib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar