Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Siyavuş Novruzov: "Onlar mitinq yox, təxribat planlaşdırırdılar"

Tarix: 19-10-2019 18:20     Baxış: 3205 A- / A+
Siyavuş Novruzov: "Onlar mitinq yox, təxribat planlaşdırırdılar"

“Bu gün özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurum “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun tələblərini pozaraq qeyri-qanuni şəkildə onlar üçün müəyyən olunmuş yerdə deyil, tamamilə başqa yerdə mitinq keçirməyi planlaşdırmışdılar”.

Manevr.az-ın xəbərinə görə bunu report-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, istər Bakı Şəhər İcra Hakimiyyəti, istərsə də hüquq mühafizə orqanları ərazinin mitinq keçirmək üçün münasib yer olmadığını bəyan etmişdi: “Çünki “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunda göstərilir ki, mitinq yalnız digərlərinin hüquqlarının pozulmasına yol açmayan yerlərdə keçirilə bilər. Amma onların təxribat yaratması səbəbindən insanların nəqliyyat hüququ pozuldu, habelə üç metro stansiyanın fəaliyyəti dayandırıldı, çox sayda avtobusun marşrut istiqaməti dəyişdirildi”.

S.Novruzov bildirib ki, onlar mitinq yox, təxribat həyata keçirməyi planlaşdırırdılar: “Xalq da bunu başa düşdü və gördü. İnsanlar gördü ki, onların məqsədi hər hansı məsələyə etiraz etmək yox, qarşıdurma yaratmaq, Azərbaycanın artan nüfuzuna, beynəlxalq aləmdə gördüyü işlərə, Ermənistanla bağlı Azərbaycanın irəli sürdüyü və dövlət başçısı İlham Əliyevin qətiyyətli şəkildə ortaya qoyduğu erməni separatizminin ifşa olunması və sair nəzərə alıb qarşıdurma yaratmaq istəyi idi. Təbii ki, bu, onlar üçün erməni lobbisi, ayrı-ayrı fondlar, təşkilatlar və dövlətlər tərəfindən bir tapşırıq idi. Onlar nəyin bahasına olursa-olsun, Azərbaycanda qarşıdurma yaratmalı idilər. Ötən dəfə keçirilən piketdə də şahidi olduq ki, ayrılmış yer bir tərəfə qalaraq tamamilə başqa istiqamətdə təxribat törətməyə cəhd göstərdilər. Azərbaycan əhalisi çox yaşa başa düşür ki, indi 90-cı illər deyil. Odur ki, heç kim onların təxribatına uymur”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar