Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

İrəvanın narahatlığı əbəs yerə deyil - İsrailli ekspert

Tarix: 15-12-2016 10:11     Baxış: 4373 A- / A+
İrəvanın narahatlığı əbəs yerə deyil

İsrailin Baş naziri Benyamin Netanyahunun Bakıya səfəri İsrailin Azərbaycana verdiyi önəmin təsdiqi olub.

Bunu Report-a açıqlamasında İsrailin Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun eksperti Qalliya Lindenştrauss B.Netanyahunun Bakıya səfərini şərh edərkən deyib.

Ekspert İsrail baş nazirinin Bakıya səfərinin iki vacib məqamını qeyd edib: "Birincisi, Azərbaycanın İsraildən 5 milyard dollar məbləğində hərbi silahlar almasıdır. Oxşar rəqəmlər artıq mətbuatda yazılmışdı, amma dövlət başçısının bu rəqəmi açıqlaması vacibdir. İkincisi, Netanyahu Avropaya qaz ixracı baxımından dövlətlər arasında mümkün əməkdaşlıq barədə danışıb. Bu bəyanat öz-özlüyündə vacibdir, çünki Ankara və Təl-Əviv arasında münasibətlərin normallaşması prosesi ilə bağlıdır".

B.Netanyahunun səfərinə görə Ermənistanın narahatlığından danışan Q.Lindenştrauss bildirib ki, bu narahatlıq əbəs yerə deyil, çünki Azərbaycanın hərbi güclənməsi Dağlıq Qarabağ münaqişəsi və bu il baş verən "dördgünlük müharibə" ilə əlaqədardır: "Eyni zamanda, Azərbaycan və İsrailin əlaqələri inkişaf etdirməyə başladığı andan bəri mövcud olan İranın narahatlığı var. Bu baxımdan Netanyahunun səfəri heç bir dəyişiklik barədə siqnal deyil, daha çox regionda mövcud siyasətin davamıdır".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar