Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Dövlət Komitəsi BƏYANAT yaydı: təxribatlara uymayın!

Tarix: 18-10-2019 20:42     Baxış: 4201 A- / A+
 Dövlət Komitəsi BƏYANAT yaydı: təxribatlara uymayın!



Baltikyanı ölkələrdə yaşayan azərbaycanlıların, İsveçrədəki Azərbaycan Diaspor Təşkilatlarının, İspaniya, Skandinaviya ölkələri, Almaniya, Fransa, Niderland və Belçika Azərbaycanlılarının Koordinasiya Şuraları bəyanat yayıblar.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bəyanatda bildirilir ki, Azərbaycanda sabitliyi pozmağa yönəlmiş çağırışlar səsləndirmək yolverilməzdir.
Bəyanatda qeyd olunub ki, mövcud sosial-iqtisadi və siyasi sabitlik Azərbaycanı sevməyənləri narahat etməkdədir: “Müxtəlif dövrlərdə bu narahatlıqlar fərqli formalarda özünü büruzə verir. Azərbaycanı sevməyən, öz düşünülməmiş fəaliyyətləri ilə düşmən dəyirmanına su tökən bir qrup insan ermənipərəst qüvvələrdən aldıqları sifarişin əsasında ölkədə sabitliyi pozmağa yönəlmiş çağırışlar edirlər. Növbəti belə bir sərsəm bəyanat Azərbaycan Naminə Demokratiya adlandırılan təşkilat tərəfindən verilib. Özlərini AND Hərəkatı adlandıran bir qrup şəxs Avropa şəhərlərindəki Azərbaycan səfirliklərinin qarşısında aksiyalara başlayacaqları ilə bağlı bəyanat yayıb. Yaşadığı ölkədən, sosial-iqtisadi və siyasi statusundan asılı olmayaraq, Azərbaycan hamımızın vətənidir. Vətənin inkişafı, sabitliyi və beynəlxalq aləmdə layiqli şəkildə tanıdılması milli düşüncəsi olan hər bir şəxs üçün olduqca əhəmiyyətlidir”.
Dövlət Komitəsi azərbaycanlıları yaşadıqları ölkələrdə Azərbaycan xalqı və dövlətini layiqincə təmsil etməyə və təxribatlara uymamağa çağırıb.apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar