Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Rafael Cəbrayılovun səs yazısı yayıldı: “Türməyə gedirəm...” - AUDİO

Tarix: 15-10-2019 10:51     Baxış: 4337 A- / A+
Rafael Cəbrayılovun səs yazısı yayıldı: “Türməyə gedirəm...” - AUDİO

Biabırçı borc qalmaqalına görə deputat mandatından məhrum edilən sabiq deputat Rafael Cəbrayılovun borclu olduğu şəxslərdən biri ilə telefon danışığının səsyazısı yayılıb.

Manevr.az xəbər verir ki, azpolitika.info-ya daxil olan səsyazısında Rafael Cəbrayılov 300 min dollar borclu olduğu Təranə Fətiyeva ilə danışır.

Sabiq deputatın ixtisasca həkim olan Təranə Fətiyeva ilə söhbətindən belə məlum olur ki, Rafael Cəbrayılov başına gələnlərin əsas günahkarı kimi qardaşı Elşən Cəbrayılovu görür. Deputat T.Fətiyeva isə telefon danışığında qardaşına "krışalıq” etməsindən, vergi məsələlərini yoluna qoymasından, lakin sonda qardaşının pulları xaricə daşıyaraq naxələf çıxmasından söhbət açır.

Qeyd edək ki, bununla bağlı məlumatlar Rafael Cəbrayılov deputat mandatını itirən ərəfədə də yayılmışdı. Həmin məlumatlarda bildirilirdi ki, deputatın qardaşı Elşən Cəbrayılovun rəhbərlik etdiyi "Dərhal” MMC-nin külli miqdarda borcu üzə çıxıb. R. Cəbrayılov öz statusundan istifadə edərək həmin borcun ertələnməsinə nail olub.

"Deputatın, qardaşının adına olan şirkəti 30 bina tikib. Onlardan 23-nün heç bir vergisi verilməyib. R.Cəbrayılov öz statusundan istifadə edərək həmin verginin ödənilməsinin ləngidilməsinə nail olub. Amma bir də onda ayılıb ki, 1.6 milyon vergi borcu yaranıb. Elşən də həmin pulları götürərək ölkədən gedib”, – deyə məlumatda iddia olunurdu.

O da bildirilirdi ki, qardaşı deputatı hələ uzun müddət əvvəldən aldadırmış. Rafael Cəbrayılov deputat olduğuna görə şirkəti qardaşının adına yazdırıb və bütün səlahiyyəti ona verib: "O da mənzilləri dostlarının, özünə yaxın olan şəxslərin adına keçirib. Hətta Rafaelin indi yaşadığı villa da deputatın adına deyil. Elşən onu Nurəddin adlı dostunun adına keçirib”.

Rafael Cəbrayılovun Təranə Fətiyeva ilə telefon danışığında bu məlumatlar bir növ təsdiqlənir. Sabiq deputat açıq şəkildə qardaşının onun DÜŞMƏNİ olduğunu bildirir. Hətta söhbətdən belə anlaşılır ki, qardaşlar arasında birbaşa ünsiyyət olmadığından, onlar bir-birənə fikirlərini Elşən Cəbrayılovun dostu Nurəddinin vasitəsilə çatdırırlar.

Rafael Cəbrayılovun bu telefon danışığındakı etirafları əslində həm də ölkənin biznes mühitində necə yaramaz qaydaların hökm sürdüyünün növbəti sübutudur.

Belə ki, borc problemi həll olunmazsa, həbs oluna biləcəyini istisna etməyən Rafael Cəbrayılov, nə isə geri almaq üçün (yəqin ki, girov qoyduğu deputat vəsiqəsini geri almaq üçün-red.) qardaşının həmin borcluya mənzil müqaviləsi yazmasını istəyir. Bunun üçün Təranə Fətiyevadan xahiş edir ki, Nurəddinin vasitəsilə qardaşına məsələnin həlli üçün müəyyən addımlar atmağıın lazım olduğunu çatdırsın: "Nurəddinə denən ki, mən bunu eləmişəm, Rafael işdən çıxıb. İndi türməyə gedir. İndi gəlin bunu düzəldək. Düzəltmək üçün də, bir yolunu fikirləşin. Görürsünüz ki, bu qadın (borc alınan qadın nəzərdə tutulur-red.) deyir ki, mənim adıma bir şey yazın. Başqasının adına olan bir şeyi yaz da. Onsuz da biz bunun pulunu verəcəyik. Bu pulun 42 min dolları elə Elşənin özündədir. Özü verər. Yerdə qalan 150 mindir, nəsə yazın, bunu Rafael yavaş-yavaş verər…”

Bu zaman Təranə Fətiyeva qarşı tərəfin bunu qəbul etməyəcəyini bildirdikdə isə, Rafael Cəbrayılov şok faktlar açıqlayır. Sabiq deputat Təranə Fətiyevaya təklif edir ki, qardaşını onun söylədiyi faktları mətbuata çıxarmaqla hədələsin: "Denən, Elşən, bu olmursa, Rafael haqda yazan adamımız bunları yazıb, hazırlayıb… Onu yazıb ki, sən 23 buna tikmisən, VERGİ verməmisən. Buna da "krışalığı” Rafael edib. Rafaeli aldatmısan, bütün binaların gəlirini götürüb İstanbulda özünə biznes qurmusan. Həmçinin digər ölkələrdə… Bunu yazıb hazılayıb, sənə bir saat vaxt verirəm. Bir saatdan sonra saytlara buraxacam…. Bunu qoyandaan sonra nə olacaq, daha mən bilmirəm. Amma bunu 100-ə qədər sayt hər gün qoyacaq… Mən istəyirdim səni də, sənin qardaşını da qurtarım. Bundan sonra heç olmasa tutulmaq söhbəti olmasın. Sən də bunu eləmədin, buyur…”

Təranə Fətiyeva REAL TV-nin ondan müsahibə götürmək istədiyini, hələlik razılaşmadığını qeyd edir. Bunu Elşənə də deyəcəyini bildirdikdə, Rafael Cəbrayılov razılaşır: "Denən, çıxıb bunları efirdən də deyəcəm…”

Sonra Təranə Fətiyeva bildirir ki, Elşən öz pulunu başqasının vasitəsilə Rafael Cəbrayılova sələmə verib: "Elşən mənə deyir ki, o boyda borclar olub, hamısını mən bağlamışam. Yəni, mənim borclarımı. Dedim, mənin borclarım niyə olur ki? Bu pulları götürüb sən tikirdin də… Dedim ki, sən FAİZLƏ öz QARDAŞINA pul vermisən. Bunu mənə Miri özü dedi ki, Təranə xanım, Elşən mənə pul verdi, mən də başqasının adıyla Rafaelə gündəlik faizlə borc verdim… Bir qardaş ki öz qardaşına günlüklə pul verir…”

Bu sözlərdən əsəbləşən Rafael Cəbrayılov qardaşı barədə ağır ifadələr işlədir: "İndi bunu sən deyirsən. Utanıb, tər töküb, xəcalət çəkib yerə girmirsən? Belə oğraşdan ötrü məni ləkələmək lazım idi?!”

Daha sonra Rafael Cəbrayılov bunların keçdiyini bildirir, Təranə Fətiyevaya bir daha qardaşını hədələməyi məsləhət görür: "İndi onlar keçib. Sən denən ki, axşamdan yazılıb bunlar, hazırlanıb. Yazılıb ki, 23 binadan ibarət şəhərcik tikib, vergi verilməyib. Rafael buna "krışalıq” edib, vergi verməyib. Sonra da gedib İstanbulda, digər ölkələrdə biznes qurub. Denən dövlət orqanlarına, Vergilər Nazirliyinə, cənab Prezidentə müraciət olunur ki, bu şirkət niyə vergi vermir?… İlin-günün bu vaxtı, dövlətin belə vəziyyətində… Denən REAL TV də məni çağırıb, efirdən də məlumat verəcəm… Denən mən səni "Şərq bazarını” tikəndən tanıyıram da. Mən bilmirəm kim edirdi bu işləri? Vergi, bütün "krışalığı” Rafael edirdi da… Bunu bilməyən vardı Azərbaycanda? Vergi verməmisiniz. Denən, bəlkə mən səhv edirəm? Qoy yoxlasınlar, məni də cəzalandırarlar…”

Təranə Fətiyeva Elşəni yoxlayıb-yoxlamayacaqlarını soruşduqda isə Rafael Cəbrayılov yenə bəzi maraqlı faktlar açır: "Qurana and olsun, VERGİ NƏ GƏZİR… Bir dənə dövlətə NDS (ƏDV nəzərdə tutulur) üzrə 130 min borc vardı, onu siliblər…”

Daha sonra Təranə Fətiyevanın bu məlumatlar ortaya çıxdıqdan sonra Elşən Cəbrayılovun cəzalandırılıb-cəzalandırılmayacağına dair sualını Rafael Cəbrayılov belə cavablandırır: "Bunu ya tutacaqlar, ya da evini-eşiyini satıb vergini ödətdirəcəklər. Bunun başqa yolu yoxdur ki… Saxlayırlar orda, pasportunu alırlar. Deyirlər təcili vergini ödə. Deyirlər adamın var, təcili satsın, ya iki günə satsın. Özü qalır orda. Sata bilmirsə, deyirlər bu əmlakları yaz bura. Məsələn, deyirlər ofisi yaz, bizim adam var, onun adına. Deyir ki, ofisi satmışam. Deyirlər, cəhənnəmə satmısan. Gedərsən satdığın adama pulu qaytararsan, yaz bura! Bunun qaydası budur!”

Telefon danışığının sonunda Rafael Cəbrayılov Təranə Fətiyevaya bildirir ki, Nurəddin vasitəsilə qardaşına məsələnin cox ciddi olduğunu çatdırsın: "Denən başa-baş gedirəm… Sizin ikinizi də onsuz tutacaqlar. Denən 100 dənə ikili müqavilə yazmısan. Bir dənə bunun adına, bu qızdan bu şeyi (girov qoyduğu vəsiqəni-red) alaq, bu insan (Rafael-red) heç olmasa özünü bir təhər qurtarsın… Qardaşını qurtarmaq istəmirsən? Onsuz da bilirdim ki, sən istəyirsən onun (Rafaelin-red) başına nəsə gəlsin… Sən bunları desən, Nurəddin mənə zəng edəcək… Mən də deyəcəm ki, o (Elşən-red) mənim düşmənimdir…”


Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar