Xəbər lenti
Rusiya Federasiyasının Polis General-leytenantı Azərbaycanda səfərdə olub -ŞƏKİLLƏR

Rusiya Federasiyasının dövlət müşaviri, polis general-leytenantı, eləcə də, Xabarovsk vilayətinin ictimai palatasının üzvü, insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasına ictimai nəzarət komissiyasının sədri Viktor İvanoviç Parxomenko və xanımı, Rusiya Federasiyasında Azərbaycanlıların Hüquqları və Qanuni Maraqları üzrə “Edinstvo” (Birlik) Regionlararası Konqreslər Assosasiyasının Vitse-Prezidenti Nazir Hətəmovun dəvəti ilə Azərbaycana işguzar səfərdə olublar.
Manevr.az xəbər verir ki, səfər çərçivəsində General – Leytenant Viktor İvanoviç Porxomenko və xanımı İçəri Şəhərdə tarixi-memarlıq abidələrini ziyarət edib, tarixi ilə tanış olmuşdur.
Səfər çərçivəsində General-Leytenant və xanımı Şəhidlər Xiyabanını ziyarət etmiş, Şəhidlərin məzarı üstünə gül dəstələri qoymuş, onların ruhlarını ehtiramla anmışlar.
Azərbaycana səfər çərçivəsində Nazir Hətəmov, Viktor İvanoviç Porxomenko və xanımı Şəki, Qəbələ, İsmayıllı, Qax rayonlarına səfər edib, həmin regionların tarixi, mədəniyyəti, mətbəxi ilə tanış olublar.
Daha sonra qonaqlar Şaşlova İya Oleqovanın təşkilatçılığı ilə “5 saylı ASAN Xidmət”i ziyarət edib, mərkəzin iş prinsipi ilə yaxından tanış olub, Azərbaycanda belə bir mərkəzlərin yaradılmasını yüksək qiymətləndirib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.(Yenigundem.az)
Manevr.az




Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

.jpg)

Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar