Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Millət vəkili: “Novruz Məmmədovun baş nazir olaraq işi arzu olunan kimi alınmadı”

Tarix: 11-10-2019 18:13     Baxış: 3229 A- / A+
Millət vəkili: “Novruz Məmmədovun baş nazir olaraq işi arzu olunan kimi alınmadı”

Novruz Məmmədovu savadlı, beynəlxalq münasibətləri kifayət qədər yaxşı bilən mütəxəssis kimi tanıyıram və hörmətim var. Amma baş nazir kimi işi arzu olunan kimi alınmadı. Səbəblərini dəqiqliklə bilmədən konkret söz deyə bilmərəm.

Manevr.az xəbər verir ki, bu fikirləri millət vəkili Nəsib Məhəməliyev səsləndirib.
Millət vəkili: “Novruz Məmmədovun baş nazir olaraq işi arzu olunan kimi alınmadı”

“Nazirlər kabineti demək olar ki, canlı bir orqanizmdir. Bu canlı orqanizmdə bütün orqanlar saat mexanizmi kimi dəqiq işləməlidir ki, cəmiyyətdə harmoniya təmin olunsun, təbəqələlər arası balans pozulmasın.

Nazirlər kabinetinə başçılıq edən insan isə, iqtisadiyyatı, sosial sferanı, tikintini, kommunal təsərrüfatı, aqrar sektoru, kommunikasiyanı və digər sahələri yaxşı bilməli, eyni zamanda ən əsas məsələ olan, mərkəzi icra hakimiyyəti orqanlarının koordinasiyasını təmin etməyi bacarmalıdır. Ona görə ki, bütün nazirliklərin və komitələrin işi bir biri ilə sıx şəkildə bağlıdır.

2000- ci illərin ortalarında Bakı şəhərində aparılan abadlıq, quruculuq işləri cənab Prezidenti qane etmirdi və şəhərdə yenidən qurma işlərinə şəxsən özü rəhbərlik etməyə başladı. Əsas layihələrin icrasını isə Əli müəllimə tapşırdı. Qısa müddət keçəndən sonra bir birinin ardınca artıq şəhərimizin simvollarına çevrilmiş saraylar, ən müasir dünya standartlarına uyğun məktəblər tikildi,çoxsaylı mədəniyyət obyektləri, parklar, abadlaşdırıldı. Bakının tarixi hissəsi restavrasiya olundu və s.

10- ilə yaxın bir müddətdə bir çox layihələrin icrası zamanı, Əli müəllimlə sıx təmasda olduğum üçün, cənab Prezidentin tapşırıqlarını operativ, vaxtından əvvəl,dəqiqlik, yüksək zövq və keyfiyyətlə yerinə yetirməsinin şahidi olmuşam.Bir çox hallarda onun müzakirə olunan istənilən məsələyə müxtəlif rakursdan baxmaq bacarığını müşahidə etmişəm.Məhz bu keyfiyyət hər bir rəhbər vəzifəli şəxs üçün olduqca vacibdir.

Sadalanan bu keyfiyyətlərin hamısı hörmətli yeni Baş nazirimizdə cəmləşmişdir və Nazirlər kabinetinin işini yeni keyfiyyət müstəvisinə çıxaracağına şübhə yoxdur.Respublikamız üçün uğurlu olsun”,- deyə o bildirib.bizimyol.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar