Xəbər lenti
Əliyev Netanyahu ilə görüşdə İrəvana mesaj verdi

Benyamin Netanyahunun 20 ildən sonra Azərbaycana ikinci səfəri də uğurlu oldu.
Axar.az xəbər verir ki, bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahunun Bakıya səfərini şərh edən politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, İsraillə geniş əlaqələr Azərbaycanın dövlət maraqlarına xidmət edir:
“Netanyahunun Bakı səfəri iki mühüm amillə yadda qaldı. Birincisi, Azərbaycan prezidenti iki dövlət arasındakı hərbi əməkdaşlığın miqyasını göstərən rəqəmi açıqladı. Əslində, bu açıqlama həm Ermənistana, həm də Rusiyaya mesaj idi.
İkincisi, İsrailin öz qazını Azərbaycanla Türkiyə arasında inşa edilən boru xətləri ilə Avropaya nəql etmək istəyi iki ölkə arasındakı enerji əməkdaşlığını daha üst səviyyəyə qaldıracaq. Bu enerji əməkdaşlığı sayəsində Türkiyə-Azərbaycan-İsrail üçbucağı güclənəcək”.
Politoloq İsrail-Azərbaycan əməkdaşlığının daha bir əhəmiyyətini də urğulayıb:
“Azərbaycanın erməni lobbisi ilə mübarizədə güclü müttəfiqə, başqa sözlə desək, dünyanın müxtəlif ölkələrindəki yəhudi icmalarının dəstəyinə ehtiyacı var”.
Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu dekabrın 13-də Azərbaycanda səfərdə olub. Bu, İsrail baş nazirinin 1997-ci ildən bu yana ilk səfəridir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar