Xəbər lenti
Nazirlik: Polkovnik-leytenantın təqaüdündən 2026-cı ilədək hər ay 300 manat tutulacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ehtiyatda olan polkovnik-leytenant Nadir Tağıyevin təqaüdündən hər ay qeyri-qanuni olaraq 500 manat tutulması ilə bağlı mətbuatda yayılan şikayətini araşdırıb.
Nazirlikdən verilən məlumata görə, araşdırma nəticəsində müəyyən olunub ki, Nadir Fərman oğlu Tağıyev 2003-cü ildə Dövlət Sərhəd Xidmətindən təqaüdə çıxıb.
"Eyni zamanda adıçəkilən şəxsə Milli Təhlükəsizlik Nazirliyindən gələn məlumat vərəqəsinə əsasən, 12 may 2013-cü il tarixində ikinci əmək pensiyası təyin olunub, qanunun tələblərinə zidd olaraq ona ikili pensiya gedib və dövlət büdcəsindən artıq vəsait ödənilib.
Bu ikili pensiya faktı 31 mart 2016-cı il tarixində aşkarlanıb və DSX-nin sabiq əməkdaşı kimi aldığı əmək pensiyası dayandırılıb. "Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə uyğun olaraq, 12.05.2013-31.03.2016-cı il tarixləri arasındakı dövr ərzində ona artıq ödənilən 36649,13 manat pul vəsaiti öz razılığı ilə (ərizəsi əsasında) aylıq 300 manat olmaqla 31 iyul 2026-cı il tarixinədək tutulacaq. Həmin vəsaitin 12300 manatı artıq tutularaq geri ödənilib, qalan 24349,13 manat vəsaitin tutulması yuxarıda qeyd edilən tarixədək davam etdiriləcək” – nazirlikdən bildirilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































