Xəbər lenti
Azərbaycanda tədavülə yeni yubiley pul nişanları buraxılıb
2019-cu ildə Azərbaycanda Mərkəzi Bankçılığın yaranmasının 100-cü ildönümü və Dövlət Neft Fondunun yaranmasının 20-ci ildönümünün qeyd olunması münasibətilə hər iki yubiley tarixlərinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankı tərəfindən nominal dəyəri 5 AZN təşkil edən gümüş yubiley pul nişanları tədavülə buraxılıb.
Manevr.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.
Yubiley pul nişanlarının çəkisi 1 troy unsiyası – 31.1 qr. (+ 0.1 qr.), diametri isə 38.61 mm. təşkil edir. Pul nişanları Böyük Britaniyanın "The Royal Mint” şirkətində beynəlxalq standartlara uyğun "Pruf” texnologiyası əsasında istehsal edilib.
Mərkəzi Bankçılığın 100 illik yubileyinə həsr olunmuş yubiley pul nişanının ön tərəfində iqtisadi inkişafı təcəssüm etdirən parabola xətlərinin fonunda Azərbaycan Mərkəzi Bankının inzibati binasının təsviri, Heydər Əliyevin kəlamı və imzası, arxa tərəfində isə Azərbaycan Respublikasının Dövlət Gerbi, Azərbaycan manatının simvolu və eləcə də milli naxış və ornamentlər təsvir olunub.
Azərbaycan Dövlət Neft Fondunun 20 illik yubileyinə həsr olunmuş yubiley pul nişanının ön tərəfində Fondun inzibati binasının təsviri, loqosu, Azərbaycan və ingilis dillərində "Azərbaycan Respublikası Dövlət Neft Fondu” və "20 il” sözləri, arxa tərəfində isə Azərbaycan Respublikasının Dövlət Gerbi, aypara və eləcə də milli naxış və ornamentlər təsvir olunub.
Yubiley pul nişanları nominal dəyərləri ilə ölkə ərazisində rəsmi ödəniş vasitəsidir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar