Xəbər lenti
"Mən o insanlarla vətən uğrunda çiyin-çiyinə döyüşmüşəm" - Siyavuş Novruzov
“Cəmil Həsənli, niyə baş vermiş hadisənin mahiyyətini, sadə həqiqətləri dəyişdirib şər-böhtanla məşğul olursunuz? Ən azından bu sizin yaşınıza, saçınızın rənginə yaraşmaz. Bilənlər bilir ki, Qarabağ döyüşlərində iştirak etmiş Siyavuş Novruzov Qarabağ qaziləri haqqında belə ifadələr işlətməz”.
Manevr.az xəbər verir ki, bu fikirləri Milli Məclisin komitə sədri, YAP icra katibinin müaviuni Siyavuş Novruzov onun adından “Feysbuk” sosial şəbəkəsində yayılmış saxta açıqlamaya münasibət bildirərkən deyib.
“Siz hakimiyyətdə oturub torpaq satmaqla məşğul olanda, mən o insanlarla vətən uğrunda çiyin-çiyinə döyüşmüşəm. İstənilən şəxs Google-də axtarış versə görər ki, Siyavuş Novruzovun heç bir mətbuat orqanında bu mövzu ilə bağlı nə bir müsahibəsi, nə də bir kəliməsi belə yoxdur. Təəssüflər olsun ki, öz çirkin niyyətlərinizi həyata keçirmək üçün insanlar arasında ziddiyyət, qarşıdurma, nifaq salmaq, şər-böhtan atmaq sizin adətinizə çevrilib. Xalq hər şeyi çox yaxşı görür. Elə buna görə də sizə etimad göstərmir!!!”,-deyə S.Novruzov Milli Şuranın sədri Cəmil Həsənliyə xitab edib.yeniavaz.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar