Xəbər lenti
Prezident naziri işdən çıxardı, rütbəsini saldı, mükafatlarını geri aldı - ŞƏKİL

Prezident nazirin rütbəsini azaldaraq onu polis mayoru edib. Bundan başqa, bütün dövlət mükafatları geri alınıb.
Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov Daxili İşlər naziri, general-leytenant İsgəndər Mulikovu vəzifəsindən azad edib.
Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, prezident nazirin rütbəsini azaldaraq onu polis mayoru edib. Bundan başqa, Mulikovun bütün dövlət mükafatları geri alınıb.
Berdımuhammedov onu işində çatışmazlıqlar, vəzifəsindən sui-istifadə halları olduğu və səlahiyyətlərini kobud şəkildə aşdığı üçün işdən çıxardığını bildirib.
Onun sözlərinə görə, nazirə bununla bağlı 12 dəfə xəbərdarlıq edilsə də, o, bunlardan heç bir nəticə çıxarmayıb.
Mulikovun yerinə Məmmədxan Çakıyev təyin edilib. Buna qədər Çakıyev Baş Nazirin Sənaye, Nəqliyyat və Rabitə məsələləri üzrə müavini olub.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar