Xəbər lenti
Prezident bu şəxslərə fəxri ad verdi - SİYAHI
Prezident İlham Əliyev Milli Elmlər Akademiyasının Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Manevr.azxəbər verir ki, sərəncama əsasən, Azərbaycanda neft-kimya elminin inkişafındakı xüsusi xidmətlərinə görə Azərbaycan Milli Elmlər Akademiyasının Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilib:
“Əməkdar elm xadimi”
Əlimərdanov Hafiz Mütəllim oğlu
Həsənov Arif Həsən oğlu
İbrahimov Hikmət Camal oğlu
“Əməkdar mühəndis”
Abdullayev Elmar Şahmar oğlu.
Prezident İlham Əliyev həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun bu əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycanda neft-kimya elminin inkişafındakı xidmətlərinə görə Azərbaycan Milli Elmlər Akademiyasının Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif ediliblər:
Əliyeva Leylufər İmran qızı
Hacıyev Arif Şahmalı oğlu
Məmmədbəyli Eldar Hüseynqulu oğlu
Səidova Adilə Atakişi qızı
Süleymanov Samir Süleyman oğlu.
Prezident İlham Əliyevin imzaladığı digər sərəncamla Azərbaycanda neft-kimya elminin inkişafındakı uzunmüddətli səmərəli fəaliyyətlərinə görə Azərbaycan Milli Elmlər Akademiyasının Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun aşağıdakı əməkdaşları “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər:
Abbasov Vaqif Məhərrəm oğlu
Məmmədyarov Məhərrəm Əli oğlu
Rüstəmov Musa İsmayıl oğlu.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar