Xəbər lenti
Çingiz Qənizadədən adının borc qalmaqalında hallanmasına - REAKSİYA
Milli Məclisin deputatı Çingiz Qənizadə mətbuatda qardaşı və qohumları barədə yayılan iddialara münasibət bildirib.
Bu barədə oxu.az-a danışan Ç.Qənizadə deyib ki, mətbuatdakı məlumatı oxuduqdan sonra qardaşı ilə əlaqə saxlayaraq məsələni aydınlaşdırıb.
“Bu gün saytların birində belə bir məlumat gedib ki, “Accessbank” mənim qardaşım Gündüz Qənizadə və ona zamin durmuş Feyruz Qənizadə, M.Qəniyeva, Rövşən Əfəndiyev və Ruslan Həşimova qarşı Ağdaş Rayon Məhkəməsində iddia qaldırıb.
Qeyd edim ki, mənim qardaşım Gündüz Qənizadə uzun illərdir Ağdaş rayonunda diş həkimi kimi fəaliyyət göstərir, 60 yaşı var. O, “Accessbank”dan bir neçə dəfə kiçik məbləğdə kredit götürüb və vaxtında qaytarıb”, - deyə Ç.Qənizadə əlavə edib.
Deputat bildirib ki, məlumatda adıçəkilən qohumları isə kredit götürülərkən zamin duran şəxslərdir.
“Axırıncı kredit 17 min manat dəyərindədir və qardaşım kredit şərtlərinə uyğun olaraq, buna görə evini girov qoyub. Götürülmüş kredit onun həkimlik fəaliyyəti ilə bağlı lazımi texniki avadanlıqların alınması üçün nəzərdə tutulub. Məndə olan məlumata görə, o, kreditin bir hissəsini axırıncı devalvasiyaya qədər ödəyib. Sonrakı dövrdə bankla onun arasında fikir ayrılığı yaranıb.
Daha sonra bank qardaşım Gündüz Qənizadəni və zamin durmuş digər şəxsləri mülki qaydada məhkəməyə verib. Sonra tərəflər arasında danışıqlar başlayıb və məhkəmədəki mülki iş baxılmamış saxlanılıb.
Onu da qeyd edim ki, bu gün yüz minlərlə insan hər hansı bir işini görmək üçün banklara üz tutur və burada qeyri-adi heç nə yoxdur”.
Ç.Qənizadə əlavə edib ki, bu məlumatın mətbuata ötürülməsi məqsədyönlüdür.
“Hesab edirəm ki, bu informasiyanı mətbuata ötürərək mənim təmiz reputasiyama kölgə salmaq istəyənlərin arzusu ürəyində qaldı”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar