Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qarabağla bağlı mövqeyimiz dəyişməyib - Zablotski

Tarix: 30-09-2019 20:51     Baxış: 3181 A- / A+
Qarabağla bağlı mövqeyimiz dəyişməyib - Zablotski

Bu günlərdə Ukrayna XİN öz vətəndaşlarına xatırlatdı ki, Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiyaya səfər etmək istəyən ukraynalılar yalnız Azərbaycan və Gürcüstanın rəsmi hakim dairlərindən icazə almalıdırlar. Ukrayna Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünü tanıyır. GUAM ölkələri Parlament Assambleyasının parlamentlərarası qrupunun üzvü və “Sluqa naroda” partiyasının deputatı kimi Ukrayna XİN-nin bu dəyişməz mövqeyinin tam dəstəkləyirik.

Bu sözləri vesti.az-a Ukrayna XİN-nin işğal edilmiş torpaqlara qeyri-qanuni səfərlərin yolverilməzliyi barədə bəyanatına Ermənistan XİN-nin reaksiyasını şərh edərkən, Ali Radanın deputatı Maryan Zablotski deyib.

“Qeyd etmək istərdim ki, eyni fikirlər Moldavanın tərkib hissəsi olan Dnestryanı bölgəyə də aid edirik. Yaxın zamanlarda biz Azərbaycan, Gürcüstan və Moldovadan olan həmkarlarımızla birgə işğal altında olan torpaqlarımızın azadlığı naminə səylərimiz kooperasiya etmək üçün fəaliyyətə start verəcəyik. İndiki dövrdə Avropanın 4 ölkəsində başqa ölkənin işğalçı ordularının olması qəbuledilməzdir. 4 ölkədə 7 milyondan çox insan işğalçıların fəaliyyəti üzündən normal, azad və sülh şəraitində yaşaya bilmirlər. Əminəm ki, GUAM ölkələrindən olan deputat həmkarlarımızla yaxın müddətdə torpaqlarımızın işğaldan azad edilməsi naminə birgə fəaliyyət mexanizmi işləyib hazırlamağa nail olacağıq. Bu planın ana xəttini aqressora beynəlxalq təzyiq və iqtisadi sanksiyalar təşkil etməlidir. Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi olub və həmişə də belə olacaqdır. Və bu məsələdə mövqeyimiz heç zaman dəyişməyəcək!” - Zablotski bildirib.

Dağlıq Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında Azərbaycan diasporunun rolundan danışan Zablotski qey edib ki, bu işdə Ukrayna azərbaycanlıları aktivlik nümayiş etdirirlər.

“Azərbaycan diasporunun rəhbəri Hikmət Cavadovu yaxşı tanıyıram. O, Ukraynada Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olmasının hamı tərəfindən anlaşılması üçün səylər göstərir. Və bu onda real olaraq, yaxşı alınır. Ümid edirəm ki, beynəlxalq aləmdə işğal olunmuş ərazilərimiz barədə beynəlxalq aləmə daha effektiv məlumat çatdırılması naminə, gələcəkdə GUAM ölkələri diaspora təşkilatlarının səylərini birləşdirməyə nail olacağıq”, - deyə bildirib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar