Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Gedin işinizlə məşğul olun” - Azərbaycanlı siyasi şərhçidən İrana mesaj

Tarix: 13-12-2016 12:11     Baxış: 5345 A- / A+
“Gedin işinizlə məşğul olun”


“İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana nəzərdə tutulan səfərinə saatlar qalınca, İran siyasilərinin və din xadimlərinin Azərbaycan əleyhinə açıqlamalarının sayı artır”.

Manevr.az-ın məlumatına görə, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, ötən gün İrandan üç anti-Azərbaycan açıqlaması gəlib: "Sonuncu açıqlamanı verən İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin deyib ki, guya Netanyahu Azərbaycana səfərini rəsmi Bakıya zorla qəbul etdirib və guya Netanyahu bu səfərlə Tehran-Bakı münasibətlərinin müsbət prosesinə xələl gətirməyə cəhd göstərir.

Hələ Pakayin bir az diplomatik münasibət bildirib. Urmiyanın cümə namazının rəhbəri axund Seyid Mehdi Qüreyşi və İran parlamentinin sədri Əli Laricaninin köməkçisi Hüseyn Əmir Abdullahiyan Netanyahunun Bakıya səfərini daha sərt şəkildə tənqid ediblər. Netanyahunun Azərbaycana səfəri İran rəsmilərini və din xadimlərini elə qorxudub, sanki İsrailin baş naziri Bakıya ona görə gəlir ki, Azərbaycandan İrana hücum təşkil etsin".

Elxan Şahinoğlu sual verir: "Niyə anlamaq istəmirlər ki, Azərbaycan İsraildən müsir silahlar alır və bu bizə torpaqlarımızı işğaldan azad etmək üçün vacibdir. Aprel döyüşlərində İsrail dronlarının işğalçıya necə böyük zərər vurduğunu hamı gördü. Üstəlik İsrail Ceyhan limanında Azərbaycan neftinin əsas alıcılarındandır".

Elxan Şahinoğlu daha sonra deyib: “Ən maraqlısı odur ki, dünən Tehranda Amerikanın təyyarə istehsal edən ən böyük aerokosmik şirkəti “Boeing”lə müqavilə imzalanıb. İran Amerika şirkətindən 80 ədəd təyyarə alacaq və bunun müqabilində 17 milyard dollara yaxın pul ödəyəcək. Bəs nə oldu, iranlı rəsmilərin və din xadimlərinin təbirincə desək, Amerika ən böyük şeytan idi, şeytana da 17 milyard dollar pul ödəyərlər? Ona görə də gedin işinizlə məşğul olun, “şeytandan” nə qədər təyyarə almağınız bizi maraqlandırmır, siz də bizim işlərimizə qarışmayın”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar