Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiya XİN-dən Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı AÇIQLAMA

Tarix: 27-09-2019 20:32     Baxış: 3495 A- / A+
Rusiya XİN-dən Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı AÇIQLAMA

“Rusiya Xarici İşlər Nazirliyi əsirlərin dəyişdirilməsi təcrübəsinin davam etdirilməli olduğunu hesab edir”.

Manevr.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən (XİN) apa-nın Moskva müxbirinin sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, Rusiya ATƏT-in Minsk Qrupunun digər həmsədrləri kimi Azərbaycanda və Dağlıq Qarabağda həbsdə saxlanılan şəxslərin taleyinin yüngülləşdirilməsində tərəflərə vasitəçilik yardımı edir: “Həbsdə olanların saxlanılma şəraitinin yaxşılaşdırılması daxil olmaqla konkret humanitar tədbirlər görülüb. Bu ilin yazında Moskvada Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə keçirilən Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşü də buna həsr olunub. Bu günlərdə həmsədrlər əsirlərin dəyişdirilməsi məsələsini Cenevrədə Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Piter Mauer ilə də müzakirə ediblər. Bildiyiniz kimi bu ilin 28 iyununda Azərbaycan vətəndaşı E. İbrahimov və Ermənistan vətəndaşı Z. Karapetyan vətənlərinə qaytarılıb. Hesab edirik ki, bu cür praktika davam etdirilməlidir. Üstəlik, bu, 2010-cu ildə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin qəbul etdiyi Həştərxan deklarasiyasının ruhuna uyğundur. Bu məsələ ilə bağlı tərəflərlə müvafiq iş aparırıq”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəflərdə saxlanılan əsir-girovların “hamının-hamıya” prinsipi əsasında azad olunması və gələcəkdə əsir-girov götürülən şəxslərin, eyni zamanda meyitlərin 3 gündən gec olmayaraq qaytarılmasını aidiyyəti beynəlxalq təşkilatların vasitəçiliyi ilə 2016-cı ilin aprel ayında Ermənistan Respublikasına təklif edib.
"Lakin kütləvi informasiya vasitələrində son günlər yayılmış məlumatlarda bildirilir ki, Ermənistan tərəfi işğal altındakı Kəlbəcər rayonunda 2014-cü ildə girov götürülərək qeyri-qanuni azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Dilqəm Əsgərov və Şahbaz Quliyevin Ermənistan Respublikasının vətəndaşları olan erməni hərbçiləri - Azərbaycan Respublikası ərazisində terror-təxribat əməllərinə görə həbs edilmiş Karen Kazaryan və cəbhənin Füzuli istiqamətində könüllü surətdə Azərbaycan Ordusuna təslim olmuş Araik Kazaryanla qarşılıqlı mübadilələrinə Azərbaycan tərəfinin hazır olmadığı barədə açıqlamalar verib. Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bir daha bildirir ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan rəhbərlərinin, eləcə də xarici işlər nazirlərinin görüşlərində, habelə Dövlət Komissiyasının aidiyyəti beynəlxalq təşkilatlarla 2017-ci və 2018-ci illərdə apardığı müzakirələr zamanı əsir-girovların “hamının-hamıya” formatında azad olunması ilə bağlı Azərbaycan Respublikasının prinsipial mövqeyi dəfələrlə qarşı tərəfə çatdırılıb. Dilqəm Əsgərov və Şahbaz Quliyevin Karen Kazaryan və Araik Kazaryan ilə mübadilə edilməsinə Azərbaycan tərəfinin hazır olması barədə Dövlət Komissiyası növbəti dəfə aidiyyəti beynəlxalq təşkilatlara 11 sentyabr 2019-cu il tarixdə rəsmi məlumat verib. Dövlət Komissiyası ölkəmizin beynəlxalq humanitar hüququn norma və prinsiplərinə daim əməl etdiyini yenidən diqqətə çatdırır, 7 sentyabr 2019-cu il tarixdə Rusiya Federasiyası və Ukrayna arasında əsirlərin “hamının-hamıya” mübadiləsini yüksək insanpərvərlik aktı kimi təqdir edir və bu humanizm nümunəsinə uyğun olaraq Azərbaycan və Ermənistan arasında əsir-girovların eyni prinsip əsasında qısa müddətdə azad edilməsinə tərəfdar olduğunu bir daha bəyan edir", - deyə məlumatda bildirilib.
Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.
Ermənistanın Müdafiə naziri David Tonoyan erməni hərbçilərlə Dilqəm Əsgərov və Şahbaz Quliyevin dəyişdirilməsinin mümkünlüyünü istisna etməyib.
Ermənistan Baş Nazirinin mətbuat katibi Vladimir Karapetyan bildirib ki, onlar məsələdən xəbərdardırlar və təklif müzakirə olunur.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar