Xəbər lenti
“Onlar ya əhalini müharibəyə hazırlayır, ya da...”
Azad İsazadə: “İrəvan üçaddımlı kombinasiya hazırlayır”
Bu gün Ermənistanda 10 günlük hərbi təlimlərə start verilib. Təlimlərlə bağlı diqqət çəkən ən başlıca məqam isə mülki əhalinin, eləcə də dövlət qurumlarının da təlimlərə cəlb edilməsidir.
Manevr.az xəbər verirki, moderator.az-a açıqlama verən hərbi ekspert Azad İsazadə təlimlərin məqsədi ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Ermənistandakı təlimlərə sadəcə ordunu deyil, ümumiyyətlə bütün əhalini cəlb ediblər. Bu, müharibə şəraitinin məşqidir. Yoxlayırlar ki, mülki əhali özünü necə aparır və s. Faktiki olaraq qarşıdakı 10 gün müddətində Ermənistan hərbi vəziyyətdə yaşayacaq. Söhbət mülki orqanların – məktəblərin, xəstəxanaların müharibə şəraitində fəaliyyətini təşkil etməkdən gedir.
Sözsüz ki, burada imitasiya elementləri var. Onsuz da ermənilərdə hər bir məsələdə imitasiya, artistlik var. Amma bir şeyi də başa düşürlər ki, Azərbaycan istənilən vaxt hərbi əməliyyatlara başlaya bilər.
Əhalini təlimlərə cəlb etməklə onların arasında həyəcan ruhunu bir qədər qaldırırlar. Bunu hansı məqsədlə edirlər, bu barədə müxtəlif versiyalar səsləndirmək olar. Bir tərəfdən əhali arasında bununla qorxu yaratmağa çalışırlar ki, sabah Paşinyan danışıqlara gedib kompromislərə razılaşsa, əhali buna hazır olsun. Və ya real müharibə başlasa, yenə də əhali buna hazır olsun. Bu, üçaddımlı bir kombinasiyadır. Yəni çalışırlar ki, proseslər hansı məcraqa inkişaf etsə də, udsunlar. Amma həyat göstərir ki, reallıqda belə olmur.
Bu, əks-reaksiyaya da səbəb ola bilər. Əhalinin arasında panika da yaşana bilər”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar